Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“ANS-in bağlanması hakimiyyetdaxili ziddiyyetlerin neticesidi”

29 Temmuz 2016

9:36 am


29/07/2016 [13:28]: xeber –
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb. Hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, şirkət Ali Məhkəməyə kasssasiya şikayəti verə bilər.  Məhkəmədə beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri də iştirak edib. Maraqlıdır, ANS-televiziyasının bağlanma səbəbi nədir? Bu telekanalın bağlanması mətbuatımızın söz azadlığına zərbə ola bilərmi? Jurnalist Əvəz Zeynallı sayt -a açıqlamasında bildirdi ki, ANS-in söz azadlığına heç bir aidiyyatı yoxdur:“ANS-in indiki durumda söz azadlığına heç bir aidiyyatı olmayıb. Əksinə, ANS son illər söz azadlığına düşmən kəsilənlərin sıralarında yer alıb, söz adamlarını ağır sözləri ilə güllələməklə məşğul olub. Biz ANS-i ən azından son 10 ildir azad və müstəqil söz sıralarından uzaqlaşdığını müşahidə edirik.O ki qaldı ANS-in bağlanma məsələsinə, hesab edirəm ki, bu, hakimiyyətdaxili ziddiyyətlərin nəticəsində baş verdi. Uzun zamandır ANS-in özünün qoşulduğu hakimiyyətdaxili oyunlar var ki, bu oyunlar nəticədə ANS-in müvəqqəti bağlanmasına gətirib çıxardı. Qrupun gücü çatsa, biryolluq bağlayacaqlar.ANS-in Fətullah Güləndən müsahibə götürdüyü üçün bağlanması  isə absurddur”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler