Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“ANS ele bildi ki, bu defe de boğaz çekse onunçün keçecekler…”

30 Temmuz 2016

6:36 am


30/07/2016 [10:35]: xeber –
ANS-in öz fəaliyyətini
dayandırmasının üstündən bir neçə gün keçsə də, nəinki cəmiyyətdə, hətta mətbuat
sektorunda, jurnalistlər arasında belə məlum telekanalın müdafiəsi ilə bağlı hər
hansı hərəkətlilik müşahidə edilmir.

Maraqlıdır, ANS-in media
tərəfindən  müdafiə edilməməsi nə ilə
bağlıdır?

sayt-a açıqlama
verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev
bunun bir neçə amildən qaynaqlandığını vurğuladı:

“Bunun bir neçə səbəbi
var. Birincisi, ANS özü başqa taktika seçdi. Düşündü ki, üzr istəsə, boğaz çəksə
bu dəfə də onunçun keçərlər. Çünki bir neçə dəfə belə olmuşdu. Keçən dəfə
ANS-in ötürücüləri bağlananda telekanala kifayət qədər dəstək olmuşdu. O zaman
da ANS bir az fərqli mövqe tutdu. Həmin vaxt bu mövqe işlədi. Görünür, bu dəfə
də belə hesab etdilər, lakin bu kəs gözləntiləri özünü doğrultmadı.

ANS-dən hərəkət olmasa,
özünü müdafiə eləmək istəməsə, təbii ki, həmkarları da onun müdafiəsi ilə bağlı
hansısa addım ata bilməz.

Ikincisi, bizim jurnalist
və ya ictimai müdafiə dediyimiz anlayış əvvəlki gücə malik deyil. O, qat-qat zəiflədilib.
ANS söz azadlığından qoparılan birinci elektron deyil. Ondan əvvəl də bu cür
olaylar baş verib. Peşə prinsipləri ilə hərəkət edən jurnalistlərin sayı o qədər
azalıb ki, onlar ciddi təpgi gösərmək imkanına malik deyil. Təşkilatlar
bağlanıb, yaxud illərdir fəaliyyət göstərmir. Media orqanları alınıb, aktiv
jurnalistlərin bir qismi ölkədən gedib, ələ keçirilib, müxtəlif üsullarla
neytrallaşdırılıb və s. Bütün bunlar isə təbii ki, son nəticədə özünü göstərir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler