Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ankoloji xeste Oqtay Şireliyeve müraciet etdi…

21 Haziran 2016

8:20 pm


22/06/2016 [00:19]: xeber –
Cəlilabad rayon Söyüdlü kənd sakini Ağayeva Təranə Gülağa qızı sayt – a ünvanladığı məktubunda səhiyyə naziri Oqtay Şirəliyevdən kömək istəyir.Müraciətdə deyilir:Hörmətli cənab nazir!Yazıb sizə bildirmək istəyirəm ki, mən Ağayeva Təranə Gülağa qızı 1979 – cu ildə Lənkəran şəhərində anadan olmuşam. Hal – hazırda Cəlilabad rayon Söyüdlü kəndində ailəliyəm və üç şikəst uşaq anasıyam. Həyat yoldaşım da ikinci qrup əlildi. Maddi imkanımız heç də ürək açan deyil.Bir neçə ildir ki, süd vəzimdə olan lifa düyünlərindən əziyyət çəkirəm. Vaxtı – vaxtında müalicə oluna bilmədiyim üçün səhhətimdəki ağrılar daha da şidətlənib. Bir neçə il idi ki, müalicə alırdım. Amma, maddi imkanımız yaxşı olmadığına görə artıq müalicə oluna bilmirəm. Ağrılarım isə daha dözülməzdi.Hörmətli cənab nazir!Sizdən xahişim odur ki, mənim mayinə və müalicəmin davam etdirilməs üçün Milli Akologiya Şöbəsində şərait yaradılması üçün köməklik göstərəsiniz.Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm.Tel: 050-677-49-50




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler