Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ankaranın “qırmızı xett”i yoxa çıxır

17 Ağustos 2016
3:48 pm


17/08/2016 [19:46]: xeber –
Suriyada verdiyi heç bir sözə əməl etməyən ABŞ Türkiyənin hərbi çevriliş cəhdinə qarşı mübarizə apardığı bir vaxtda Suriyanın şimalındakı Münbiç şəhərinə PYD-ni (PKK-nın Suriya qolu) yerləşdirdi. Türkiyə mediası xəbər verir ki, PYD kürd-ərəb və türkman koalisiyasının olduğu iddia edilən Suriya Demokratik Gücləri (SDG) adı altında Münbiçdə nəzarəti ələ keçirib. ABŞ-ın Türkiyəyə verdiyi zəmanətə görə, Fərat çayının qərbində yerləşən Münbiç İŞİD terror təşkilatından alındıqdan sonra əməliyyatlara qatılan PYD buranı tərk etməli idi. Lakin bu baş verməyib. Dünən SDG və Suriya Ərəb Koalisiyasının yeni hədəfinin Bab şəhəri olduğu açıqlandı. PYD-nin Münbiçdən Fəratın şərqinə çəkilməyərək Baba doğru irəliləmək istəməsi aylar əvvəl elan etdikləri “Şimali Suriya Federasiyası”na doğru əhəmiyyətli bir addım hesab edilir. Bütün bunlar isə “Suriyanın şimalında ABŞ-ın dəstəyi ilə bir PYD dövlətimi qurulur?” sualını gündəmə gətirir. ABŞ-ın verdiyi sözlər və gerçəklər 1. Verilən ilk söz PYD terror təşkilatının Fəratın qərbinə keçməyəcəyinə dair idi. Ancaq PYD 2015-ci ilin dekabrında Teşrin anbarını ələ keçirərək Fəratın qərbinə keçdi.2. PYD-nin İŞİD-dən azad olunacağı bölgələrdə qalmayacağı deyilirdi. Təşkilat Tel-Abyaddan başlayaraq İŞİD-dən azad olunan ərazilərdə məskunlaşdı və ərəblərlə türkmanlarin köçürülməsi siyasətini həyata keçirdi.3. PYD Bəşər Əsəd rejiminə müxalif olaraq göstərilir və Cenevrədəki danışıqlarda iştirak etməsi istənilirdi. Amma PYD xüsusilə Hələbin şimalında müxalifət güclərinə qarşı Əsəd rejimi ilə əməkdaşlıq etdi.4. Müxalif qrup kimi göstərilən PYD-yə digər qruplara edildiyi həcmdə köməyin ediləcəyi deyilirdi. Amma ABŞ-ın ən böyük yardımının PYD-ə etdiyi ortaya çıxıb. Bəzi yerlərdə isə ABŞ əsgərləri əməliyyatlara YPG (PYD-nin silahlı gücü) gerbi ilə qatılıb.5. PYD İŞİD-ə qarşı bir quru gücü kimi göstərilirdi. Təşkilat İŞİD-in “paytaxt”ı Rakka əvəzinə Fəratın qərbinə – Münbiç və Baba yönəldi. Babdan sonrakı hədəf isə Azezdir. Qeyd edək ki, Fərat çayının qərbi Türkiyə üçün “qırmızı xətt” hesab olunurdu. Ankara dəfələrlə açıqlanmışdı ki, PYD gücləri Fəratın qərbinə keçəcəkləri halda, Türkiyə onları vuracaq və bölgəyə müdaxilə edəcək. Lakin, yuxarıda da deyildiyi ki, Vaşinqton Türkiyəyə müəyyən vədlər verərək PYD-nin “qırmızı xətt”i keçməsini təmin edib. Ekspertlərin fikrincə, hazıkı vəziyyətdə Türkiyə üçün çox ciddi təhdid yaranıb. Türkiyə yan keçəcək enerji marşrutu   Hələ bir müddət əvvəl keçmiş kəşfiyyat rəisi Bülent Orakoğlu “Yeni Şafak” qəzetinə yazdığı köşəsində bildirmişdi ki, Türkiyəyə qarşı oynanılan “beynəlxalq oyun”un əsas məqsədlərindən biri Aralıq dənizinə yaxın Hatay vilayətinin qonşuluğunda yerləşən Afrin kantonuna qədər uzanan bir “kürd dəhlizi” yaratmaqdır. “Kürd dəhlizi”nin yaradılması ilə Şimali İraqda kürd neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılmasına alternativ bir marşrut yaradılacaq və marşrut Türkiyədən yan keçəcək.   Beynəlxalq enerji yolları və sərmayələr mövzusunda mütəxəssis olan pakistanlı mayor Agha Amin “NATO-nun strateji dəhlizi Kürdüstan” layihəsinin detallarını 2013-cü ildə açıqlayıb. Aminin sözlərinə görə, NATO-nun “qurdları” Suriyanı yedikdən sonra növbə Türkiyəyə gələcək. Türkiyədən Hindistana NATO dəhlizinin açılması planlaşdırılır. Dəhlizin bir hissəsində qurulacaq “Kürdüstan” Rusiyanın qaz siyasətində əhəmiyyətli dəyişikliyə gətirib çıxarmalıdır. Moskva Dövlət Universitetində enerji təhlükəsizliyi üzrə çalışan türkiyəli dosent Tuğçe Sevim Varol 9 noyabr 2014-cü ildə dərc etdirdiyi “Aralıq dənizinə kürdlər üçün dəhliz planı” başlıqlı analizində bu məsələyə toxunub. Onun sözlərinə görə, əsas məqsəd kürd bölgəsinin enerji ehtiyatlarını Türkiyə üzərindən deyil, Hələb üzərindən keçməklə Lazikiyeyə, yəni Aralıq dənizinə çatdırmaqdır. Bülent Orakoğlu bildirir ki, Türkiyədə baş verən hadisələr Şimali Suriyada yaradılan “kürd dəhlizi”nin təhlükəsizliyinə xidmət edir. ABŞ-ın yaratmaq istədiyi “kürd dəhlizi” yalnız bir enerji marşrutumu olacaq? Amma zaman-zaman ortaya çıxarılan faktlar göstərir ki, “kürd dəhlizi”nin gizli üzü var. Söhbət  Kabil – Nyu York narkotik marşrutundan gedir. “Kürd dəhlizi”nin sona yaxınlaşdığı bir dövrdə Türkiyənin “Takvim” nəşrində ötən ilin sonunda dərc olunan “Kabil – Nyu York narkotik xətti və PKK iqtisadiyyatı” başlıqlı yazını yada salmağa dəyər. “Türkiyə-Suriya-İraq-İran xəttində yaşayan kürdlərə “azadlıq” və “müstəqillik” vədi ilə özünə insan qaynağı təmin edən PKK hər il Qərbi Avropaya gedən 200 tona yaxın əfqan heroini ilə təşkilata lazım olan pulu əldə edir”, – nəşr yazırdı.  “Kürd məsələsi deyilən şey Qərbin narkomanlığıdır” Nəşrin yazıdığına görə, istənilən bölgənin dizaynı üçün ilk şərt olan “müqəddəs xaos” terror təşkilatlarının vasitəsilə təmin edilir. Terror təşkilatları körpələri güllələmək, uşaqları qaçırmaq, baş kəsmək, adam yandırmaq, avtomobilləri partlatmaq, dövlətlərin nüfuzunu sarsıtmaq, qaranlıq ticarəti istiqamətləndirmək üçün həm insan qaynağına, həm də pula ehtiyac duyur. Kabil – Nyu York xəttində “yeraltı gözətçi” vəzifəsi verilən PKK da insana və pula ən çox möhtac olan təşkilatlardan biridir. Türkiyə-Suriya-İraq-İran xəttində yaşayan kürdlərə “azadlıq” və “müstəqillik” vədi ilə özünə insan qaynağı təmin edən PKK hər il Qərbi Avropaya gedən 200 tona yaxın əfqan heroini ilə təşkilata lazım olan pulu əldə edir. Bu məlumata baxaraq “kürd məsələsi deyilən şey Qərbin narkomanlığıdır” desək, hər halda doğru qiymətləndirmə olar. Kabildə 3 min, Londonda 45 min dollar Xaşxaş, yəni tiryək ən bahalı narkotiklərdən olan heroin üçün ilkin xammaldır. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, tiryək istehsalı illik 10 min tona yaxınlaşır. Əfqanıstan isə bunun 90 faizini istehsal edir. Ölkədə narkotik maddələri üçün ayrılan ərazi 250 min hektardır. 9 min tonluq tiryək saqqızından isə ildə təxminən 500 ton heroin əldə edilir. Tiryək saqqızlarından Əfqanıstanın Pakistan və İran sərhədlərindəki laboratoriyalarında heroin əldə olunur. Əldə olunan heroinin isə təxminən 400 tonu digər ölkələrə göndərilir. 400 tonluq “əfqan malı”nın 100 tonunun hər il şimal istiqamətində  – Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya çatdırıldığı təxmin edilir. Heroinin 100 tonu da müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə göndərilir. Qalan 200 ton heroinin ünvanı isə Avropadır. Son məlumatlara görə, Əfqanıstanda bir kiloqramı 3 min dollara alınan heroin Avropaya çatanda isə 45 min dollara satılır. Terror təşkilatları isə narkotikin daşındığı marşrutların “təhlükəsizliyi”nin təmin edilməsi üçün çox əhəmiyyətlidir. Kabil – Nyu York xəttində ilk mərhələ olan Kabil-London marşrutunun “təhlükəsizliyi”ni isə PKK üzərinə götürür. PKK isə bu işin əvəzində Qərb ölkələrindən aldığı silahlarla hücumlarını davam etdirir. Qəndilin istehsal mərkəzləri PKK Əfqanıstan sərhədindəki İran bazarından aldığı heroini Avropaya çatdırmaq üçün Qəndil xəttindən istifadə edir. Məhsul əvvəlcə Türkiyəyə çatdırılır və onun kiçik bir qismi Türkiyə daxilində satılır. Qalan “böyük partiya mal” isə Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, Hollandiya marşrutlarından istifadə edilərək bu ölkələrdə paylanılır, məhsul sonda İngiltərəyə çatdırılır. PKK bəzən də əfqan tiryəkini xam halda alaraq özünün laboratoriyalarında istehsal edir və daha çox qazanır. PKK-nın həm İran torpaqlarındakı Qəndil dağlarında, həm də Şimali İraqdakı düşərgələrində heroin istehsal edən mərkəzləri var. Əfqanıstandan Avropaya daşınan 200 ton heroinin nəqli və paylanılmasından PKK-ya il ərzində 2 milyard dollar çatdığı təxmin edilir. Bura digər qazanclar daxil deyil. ABŞ-da hazırlanan hesabatlar PKK-nın illər ərzində yaratdığı büdcənin 86 milyard dollarlıq olduğunu bildirir. Bu qədər böyük pulun üstündə oturan və qeyri-qanuni əməliyyatları rahat şəkildə həyata keçirən bir təşkilat üçün Türkiyədə sülhün çox da cazibədar olmadığı, daha doğrusu təşkilatın maraqlarına uyğun gəlmədiyini söyləmək mümkündür. PKK silah alarkən artıq qaçaqmalçılığa ehtiyac duymur. Tüfənglər, toplar, tank əleyhinə sistemlər və raketlər  ABŞ və Almaniyadan birbaşa gəlir. Türkiyənin cənubunda yaradılan “kürd dəhlizi”nin Kabil – Nyu-York xəttində narkotik transferinin xərcini nə qədər aşağı salacağı isə maraqlı mövzudur. /publika.az/ 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler