Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ankarada gizli gorus:

01 Aralık 2016

8:20 am

– xeber –
Suriya müxalifəti Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Hələbdə döyüşlərin dayandırılmasıyla bağlı Ankarada gizli danışıqlar aparır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Faynənşıl Tayms” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Baş tutan görüşlərdə ABŞ təmsil olunmur. Ankara Vaşinqtona, ümumiyyətlə, bu müzakirələr barədə heç bir məlumat ötürmür. Qəzetin iddiasına görə, tərəflərin bu yaxınlaşması Yaxın Şərqdə balansı dəyişdirə bilər:
“Bu, Rusiya ilə müxaliflərin ilk görüşü deyil. Lakin indiyə qədər görüşlərin heç birində bu qədər sayda müxalif iştirak etməyib. Danışıqlarda hələlik inkişaf müşahidə edilmir. Görüşün ABŞ-ın iştirakı olmadan keçirilməsi Yaxın Şərqdə siyasi dinamikanın dəyişməsindən xəbər verir. Görünür, artıq regional oyunçular daha çox Moskva ilə razılaşmaya can atır”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler