Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ankarada “cadı avı”…

31 Temmuz 2016
ekindex
5:36 pm


31/07/2016 [21:35]: xeber –
Ankara siyasət dəhlizlərində hər gün yeni dedi-qodular dolaşır. Əslində amansız qiyam sonrası xəbər bolluğunda hər gün yeni məlumatların, “komplo teorilərinin” ortaya çıxması bir tərəfdən də anlaşılandır. Çünki indi hadisələr tam sakitləşməsə də, artıq hər kəsin bu olaylar haqda mütləq özəl bir fikri, ya da hansısa ilginc versiyası olmamış deyil. Əsnafdan ən üst səviyyəli siyasətçiyə qədər hər kəsin bir özəl şərhi var. Digər tərəfdən qiyamdan 15 gündən çox zaman keçsə də, hər gün fərqli dövlət, hökumət və ya ictimai qurumlarda “şübhəlilərin” siyahıları tutulur, təmizləmələr aparılır, həbslər həyata keçirilir. Proses böyüdükcə, cəmiyyətdə istər-istəməz yaranan “cadı avı” ab-havasında fərqli kəsimlər öz mənafeləri üçün yararlanmaq istəyir. Burda ən maraqlı detallardan biri də odur ki, son günlərdə dövriyyəyə buraxılan məlumatların içərisində əsas ağırlıq siyasi hakimiyyət içərisində “xain axtarışına” xidmət edən məlumatlardır ki, bu da AKP daxilində tanınmış şəxslərin adlarını hədəfə çıxarır. Dövriyyəyə buraxılan şəxslərdən biri də keçmiş baş nazir Əhməd Davudoğludur. Əhməd Davudoğlunun qiyam baş tutacağı halda yenidən baş nazir olacağı, dolayısı ilə qiyama bağlı olduğu haqda məlumatlar artıq ara söhbətlərində, hətta bəzi şəxslərin sosial şəbəkə istifadəçilərinin iddialarına görə AKP kuluarlarında dolaşmaqdadır.   Bu tip xəbərlər ilk baxışdan hakimiyyət daxili hesablaşma kimi görünsə də, Ankara kuluarlarında istər AKP-li, istərsə də müxalifəti təmsil ciddi analitiklər diqqəti bu planın arxasında post-qiyam dövründə hələ də kripto (gizli) halında qalan gulənçilərin “böhran idarəetməsi” yöntəminin durduğuna çəkirlər. Bu tərz iddiaları şərh edən ekspertlər onu da qeyd edir ki, Davudoğlu ilə bağlı şayiənin ən tutarlı cavabı iyulun 20-də Anadolu Cümhuriyyət Baş Prokurorluğunda aparılan həbslər zamanı saxlanılan prokurorlardan biri olan Mehmet Selinin iş masasından tapılan cinayət işi ittihamnaməsidir. Çevrilişin baş tutmasına hesablanmış bu ittihamnamə üzərində 2016-cı il yazılan, ancaq dəqiq tarixi qoyulmayan şikayət tələbnaməsində “İnegöl Baş Prokurorluğuna” yazılıb. İttiham aktında şübhəlilər siyhasında dövlətin ən yüksək postlarında əyləşən insanların birinci sirasında məhz Davudoğlunun da adı var. İttihamnamədə sabiq baş nazir Əhməd Davudoğlu ilə yanaşı Prezident Rəcəb Tayyib Ərdoğan, sabiq baş nazir müavinləri Bəşir Atalay, Yalçın Akdoğan, daxili işlər naziri Əfqan Ala, kəşfiyyat xidməti rəhbəri Hakan Fidan həmçinin bir çox vali və kəşfiyyat rəhbərlərinin adları yer alırdı. İttiham aktında isə adları qeyd olunan şəxslərin “terror təşkilatına yardım etməsi”, “2009-2015-ci illər ərəfəsində PKK-ya dəstək verdikləri qeyd olunurdu.Yeri gəlmişkən, qiyamdan sonra yenidən gündəmə gələn hadisələrdən biri də Türkiyədə bir zamanlar xeyli məşhur olan “Salam Tevhid” istintaqı idi. Xatırladaq ki, bu gizli istintaq sənədi Türkiyədə 2013-cü ilin 17-25 dekabr tarixində baş verən hadisələrdən sonra gündəmə gəlib. O zaman məlum olmuşdu ki, camaata bağlı polislər 8 mindən artıq ictimai fəalın telefonlarını dinləyib. Eyni zamanda 242 nəfər barəsində də “Salam Tevhid terror təşkilatı” adı ilə cinayət işi açılıb. Böyük bir cinayət işində adı gedənlər arasında Türkiyənin tanınmış ictimai-siyasi fəalları, jurnalistlər, elm adamları və ən maraqlısı ölkənin şiə icmasının tanınmış nümayəndələri də vardı. Gülənçi polislər tərəfindən başladılması iddia edilən və məqsədi AKP hökumətinin İranla gizli əlaqələrini ifşa etmək olan cinayət işinin ittihamnaməsində Əhməd Davudoğlunun özünün və bütün yaxın çevrəsinin də adları keçirdi. Yəni Davudoğlu 2012-cu ildən gülənçilərin əsas hədəflərindən biri olaraq qalırdı. Ancaq məsələnin maraqlı tərəfi ondadır ki, “İnegöl” siyahısının iyulun 20-də üzə çıxmasına baxmayaraq, aradan bir müddət keçəndən sonra Davudoğlunun adı sosial mediada fərqli, qiyamçıların “baş nazir namizədi” kontekstində qeyd olunmağa başlayıb. Bu isə istər-istəməz sual doğurur: Nədən sabiq baş nazir yenidən hədəfə gəlməyə başlayıb? Ankarada keçən həftənin sonunda yer almış bir yeni gəlişmə məsələnin mahiyyətinə işıq tuta və “çatışmayan halqa” rolunu oynaya bilər. Belə ki, ötən gün AKP-nin daxili mətbəxindən çox məlumatlı sayilan Ankara meri Melih Gökçəyin verdiyi açıqlamaya görə, qiyam sonrası baş nazir postuna bir müddətdir MHP-ni parçalamaq prosesini aparan Meral Akşener əsas namizəd olub. Gokçəyin iddiasındaki bir fakt xüsusilə diqqəti cəlb edir. Son zamanlar tərəfdarlarının mitinqlərində “yaxında maraqlı hadisələrin şahidi olacaqsız” deyə vurğulayan Akşener kampaniyasına “Yurdda sülh, cihanda sülh” şüarını seçmişdi. Ankara dəhlizlərində bununla əlaqədar verilən sual budur: Əcəba bu təkrarlanaraq səsləndirilən şüar 15 iyul qiyamında yaradılmış “Yurdda sülh şurası” adına ictimai fikri hazırlamaq taktikasını güdürdü?“Üçbucağı” birləşdirəndə maraqlı kompozisiya əmələ gəlir. Bir tərəfdən camaat polislərinin açdığı gizli cinayət işində Davudoğlunun və yaxın ətrafının adları çıxır, çevrilişdən sonra həbs olunacaq şəxslərin siyahısında yenə Davudoğlunun adı çıxır. Digər tərəfdən bütün bunların fonunda qiyamdan 10 gün sonra və tam “Akşener açıqlamasından” öncə fərqli mənbələrdən keçmiş baş nazirin qiyamçılarla birgə olması, çevriliş olacağı təqdirdə yenidən baş nazirliyə qayıdacağı ilə bağlı xəbərlər yayılmağa başlayır. Fikir mübadiləsi apardığımız məlumatlı analitiklərə görə, məhz Davudoğlunun adının qiyamçılarla birgə hallanmasının arxasında hələ də fəaliyyətdə olan və deşifrə olmamış təşkilat üzvlərinin “cadu ovu” ab-havasından yararlanmaqla 3 hədəfə nail olmaq məqsədləri durur. Birincisi, “ləkə at, tutmasa da, iz buraxır” məntiqi ilə prosesi AKP daxili parçalanmasına yönəltmək, hakim partiyada, hökumətdə, xüsusən də diplomatik korpusda və kəşfiyyatda yaxın kadrlarının olduğu iddia edilən keçmiş baş nazirin vurulması hər bir halda hazırkı hakimiyyəti (həm dövlət aparatı, həm də siyasi partiyanı) ciddi şəkildə zəiflədəcək.İkincisi və ən əsas səbəb isə Davudoğlu və komandasının hədəfə çıxarılması qiyamın əsas təşkilatçıların “təmizləmə” prosesində diqqətdən kənarda qalmasına səbəb olacaq. Məsələ ondadır ki, hələ də Türkiyə hakimiyyəti uğursuz çevrilişin əsas müəllifini tapa bilməyib. Ölkə xaricində F.Gülən, eləcə də onu dəstəkləyən ABŞ hökuməti, o cümlədən bir sıra generallar, ABŞ kəşfiyyatının rəhbərliyi göstərilir. Ancaq Türkiyədə bu qiyamın başında dayanan, onu idarə edən “sivil imamın” kimliyi hələ ortaya çıxmayıb. Bu isə müəmmalı vəziyyət yaradır. Ekspertlərin fikrincə bu halda gülənçilərin böhran vəziyyətlərində ən çox üstünlük verdiyi üsul –  düşmənlərinə “gülənçi” ləkəsini atmaq, “oğru doğrudan bərk qışqırdı” yöntəmiylə özlərindən təhlükəni sovuşdurmaq taktikası işlədirlər. Belə ehtimal olunur ki, qiyamın arxasında dayanan güc (FETO və ya ABŞ) və onun Türkiyədəki ayağı hələ də çox güclüdür. “Yanıltma əməliyyatı” aparılır və “ yanıltma hədəfə” yönləndirilir. Analitiklərin fikrincə, daha əvvəl (26 fevral 1997-ci ildən sonra Türkiyədə və ondan sonra bir sıra xarici ölkələrdə təhlükə ilə üz-üzə qalarkən ) gülənçilərin eyni taktikadan istifadə etdiyini nəzərə alsaq, bu planın çox yaxşı çalışdığını demək olar. Nəhayət, planin üçüncü hədəfi kimi bu tərz iddiaların ayaq tutması belə gülənçilərin işinə yaramaqdadır. Bu onlara həm ölkə daxilində, həm də xaricində hökumətin “cadu ovu” və paranoya içində olması fikrini yaratmqla  aparılan təmizləmə əməliyyatlarını gözdən salmaq üçün fürsət yaradır. Hələlik, dövlətin ən üst zirvəsində olanların bu mövzuda nə düşündüyü bəlli olmasa da, cəmiyyət üzərində aparılan şayiə texnologiyalarının artıq çox güclü çalışdığı görünür. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler