Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ankara Avropa Parlamentini terrorizmin tebliğatında ittiham edib

13 Temmuz 2016

10:08 am


13/07/2016 [14:08]: xeber –
“Avropa Parlamenti tərəfindən Suriya kürdlərinin terror təşkilatlarının təbliğatı yolverilməzdir”.Bu barədə “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib. Müvafiq bəyanat Avropa Parlamentində açılan və Suriya kürdləri döyüşçülərinin, eləcə də Türkiyədə ömürük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın şəkillərinin təqdim edildiyi sərgi ilə əlaqədar edilib. “Terrorizmin təbliğatı söz azadlığı anlayışı ilə uyğun gəlmir. Əgər terrorçulara həsr edilmiş sərginin təşkilatçıları öz hərəkətlərinə bir terror təşkilatının digər terror təşkilatı İŞİD ilə mübarizə aparması ilə bəraət qazandırırlarsa, biz onlara həmçinin “Cəbhət ən-Nüsrə”, “Hizbullah” terrorçularına və Bəşşər Əsəd rejiminə də həsr edilmiş sərgiləri açmağı tövsiyə edirik.Avropa Parlamenti tərəfindən Türkiyənin dinc əhalisinin həyatına gündəlik təhlükə doğuran terror təşkilatlarının təbliğatı yolverilməzdir”, – deyə Kalın bəyan edib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler