Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Andranike qan udduran qehremanımızın mezarı abadlaşdırılacaq- İşe millet vekili qarışdı

17 Eylül 2016

5:44 pm


17/09/2016 [21:42]: xeber –
1918-ci ildə erməni-daşnak generalı Andranik Ozanyanın qoşunları məhv edərək Qarabağın müdafiəsində müstəsna xidmətlər göstərən Xalq qəhrəmanı Sultan bəy Sultanovun məzarının baxımsız vəziyyətdə olması barədə xəbər vermişdik.sayt xəbər verir ki, bu gün millət vəkili Qənirə Paşayeva məsələ ilə bağlı Qarsın bələdiyyə başqanı Murtaza Karaçanta ilə telefon əlaqəsi saxlayaraq narahatlığını bildirib. Bələdiyyə başqanı isə yaxın günlərdə Sultan bəyin qəbir üstünün və ətrafının yüksək səviyyədə abadlaşdırılacağına söz verib:”Elnur Elturk bəyin mənə göndərdiyi məqaləni narahatlıqla oxudum. Məqalədə 20-ci əsrin əvvəllərində Anadoluda və Azərbaycanda TÜRK millətinə qarşı amansız soyqırım və qətliamlarda əsas rol oynamış cinayətkarlardan erməni daşnak Andranikin quldur dəstələri ilə ciddi mübarizə apararaq Zəngəzurun, Qarabağın qorunmasında böyük xidmətləri olan Sultan bəy Sultanovun məzarının Qarsın Koçköyü kəndində yaxşı vəziyyətdə olmadığı yazılır və insanlarımıza onun yüksək səviyyədə düzəldilməsi ilə bağlı çağırış edilir. 20-ci əsrin əvvəllərndə erməni daşnaklarının, quldur dəstələrinin xaricdəki havadarlarının dəstəyi ilə törətdiyi böyük cinayətlər, soyqırımlar barədə təxminən 20 il əvvəl sənədli filmlər hazırladığım zamanı yaxından öyrənmişdim Sultan bəy Sultanovun fəaiyyətini və onun gördüyü böyük işləri. Onların sonralar Qars bölgəsinə köçmək məcburiyyətində qaldıqlarını da. Bu yazını oxuduqdan sonra Qarsın bələdiyyə başqanı, dəyərli qardaşımız və dostumuz Murtaza Karaçanta bəyi aradım və onunla geniş fikir mübadiləsi apardıq. Murtaza bəy söz verdi ki, yaxın günlərdə Sultan bəyin qəbir üstünün və ətrafının yüksək səviyyədə düzəldilməsini həyata keçirəcək. Xahiş etdim ki onun xidmətləri barədə yazının əks olunduğu lövhə də qoyulsun qəbrin yaxınlığına ki, gənc nəsillərimiz o tariximizi heç zaman unutmasın. Qərara gəldik ki, yaxın günlərdə qəbirüstü abidə qoyulacaq, ətraf tam abadlaşacaq və hər şey hazır olanda Azərbaycandan dostlarla birlikdə Qars ictimaiyyətinin və gənclərinin də iştirakı ilə Sultan bəyin qəbrini ziyarət edib ruhuna dualar oxuyaq.”Xatırladaq ki, Xosrov və Sultan bəy qardaşlarının Azərbaycanda olan fəaliyyətləriylə bağlı xeyli kitablar və məqalələr yazılıb. Sultan bəy Türk dünyasının düşməni Andranikin bütün ordusunu Zəngəzur bölgəsində məhv etməklə, daşnakların strateji planlarını iflasa uğradıb. Məhz onun uzaqgörənliyi nəticəsində 10 may 1917-ci il tarixində Qaragöl döyüşündə düşmənin əsas qüvvəsini sıradan çıxartmışdı. Onların qəhrəmanlıq səlnaməsi bu gün və gələcək nəsillər üçün örnəkdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler