Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“And içmek isteyirsinizse, gedin Hacıbeyovun, Vurğunun qebrine”

31 Ekim 2016

9:40 am


31/10/2016 [13:37]: xeber –
sayt saytı Azərbaycan Milli-Azadlıq Hərəkatının əfsanəvi isimlərindən biri olan Yaşar Türk-Azərin indiyədək heç yerdə getməyən, hamı tərəfindən maraqla qarşılanacaq xatirələrini təqdim edir. Qeyd edək ki, bu il 60 yaşını tamamlayan Yaşar bəy tarixi proseslərə şahidlik etməklə yanaşı bir çox tanınmış insanlarla dostluq edib, onların da şahidi olduğu hadisələr haqqında özlərindən məlumat toplayıb. Bu dəfəki yazımızda Yaşar Türk-Azərin mərhum musiqişünas Firidun Şuşınskidən eşitdiyi xatirələri təqdim edirik: “26-sı ilə də yaşayacaq”Firidun Şuşınski danışırdı:- Bir gün Mehdi Hüseynlə Yazıçılar İttifaqının yanında dayanıb söhbət edirdik. Birdən 26-lar bağının yanında toy karvanı dayandı. Gəlinlə bəy və toy adamları maşınlardan çıxaraq abidəyə tərəf getdilər. Mehdi Hüseyn təəccüblə soruşdu:Firidun bəy, bu nədir belə?Dedim ki:- Mehdi müəllim, indi öyrənərəm.Mən yaxınlaşıb nə baş verdiyini soruşdum. Mənə elə baxdılar ki, sanki mən avam, cahil adamam və dedilər:- Bilmirsiz? Təzə adətdir də. Bəylə gəlin gəliblər ki, xalqımızın şanlı qəhrəmanları olan 26 Bakı komissarlarının məzarı qarşısında sədaqət andı içsinlər.Onların bu sözündən hirslənib, düşdüm üstlərinə:- Utanmırsız, qızarmırsız, gəlmisiz rusların, ermənilərin, cuhudların qarşısında and içirsiniz. And içmək istəyirsinizsə gedin Fəxri Xiyabana, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun qəbrinə. Onlar mənə istehza ilə baxdılar, mən də deyinə-deyinə geri qayıtdım.Mehdi Hüseyn soruşdu ki:- Firidun bəy, nə baş verib?- Cavab verdim ki:- Heç, gəlin gəlib and içsin ki, ərindən başqa 26-sı ilə də yaşayacaq.”Yaşasın dünya proletarları”Yenə Firidun Şuşinski danışırdı:- 1980-cı illərin əvvəlləri idi. Mən bir yasa getmişdim. Rəhmətlik köhnə bolşevik, çekist idi. Mübariz Allahsızlar Cəmiyyətinin üzvü olmuşdu. İki oğlu vardı. Biri DTK işləyirdi, o biri isə DİN-də. Durub gedəndə başsağlığı verib dedim ki:- Allah rəhmət eləsin, yeri behiştlik olsun.Onlar mənə cavab vermədilər və mən getdim. Aşağı enəndə fikirləşdim ki, sən Firidun bəy olasan, hamı sənə hörmət eləsin, indi isə sənə cavab verməsinlər”Eləmədim tənbəllik qalxdım yuxarı. Qapını DİN-də işləyən oğul açdı. Soruşdu:- Firidun bəy, bəlkə bir şey yadınızdan çıxıb?Dedim:- Qardaşını çağır.O biri qardaş da gəlib eyni sualı verdi:Mən dedim ki:- Mən sizə söz deyirəm, siz də cavab vermirsiniz. Belə böyümüsüz?Onlar cavab verdilər:- Firidun bəy, atamız özünüz bilirsiniz ki, köhnə bolşevik, çekist, Mübariz Allahsızlar Cəmiyyətinin üzvü olub. Siz də başlamısız ki, Allah rəhmət eləsin, yeri behiştlik olsun.- Dedim ki, bağışlayın, gərək deyərdim ki, “Yaşasın dünya proletarları”.Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler