Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Anasının betni ile uşaq dünyaya getirdi – Tibb tarixinde ilk

08 Ekim 2016

9:08 pm


09/10/2016 [01:07]: xeber –
 sayt xəbər verir ki, isveçli bir qadın dünyada ilk dəfə bətn nəqli yolu ilə dünyaya uşaq gətirib. Bu üsulla ana olan Emelie Erikson anasının “Artıq ehtiyacım yoxdur” dediyi bətnini bağışlaması sayəsində uşaq sahibi olub.  İsveçli Emelie Erikson ğözüylə bağlı acı həqiqəti öyrənəndə 15 yaşı vardı. Həkimlər gənc qıza bətni olmadığını, bu səbəbdən də heç vaxt uşaq sahibi ola bilməyəcəyini deyəndə dünyası qaralmışdı. Ancaq buna baxmayaraq ümidini itirmir, elmi yenilikləri, tibbin möcüzələrini yaxından təqib edir. 20 yaşına çatanda  kök hüceyrə yolu ilə orqan yaratmağa yönəlmiş tədqiqatlara imza atan professor Mats Brannstromun bətn nəqli üzərində işlədiyindən xəbərdar olur. Məsələni anasına deyəndə isə anası Mariya özünün artıq uşaq sahibi olmaq üçün çox yaşlı olduğunu və bətnini məmnuniyyətlə qızına bağışlayacağını söyləyir. Bundan sonra gerçək möcüzənin baş verməsi istiqamətində işlərə başlanılır. Və nəhayət 2012-ci ildə Emelie dünyada bətn nəqli sayəsində dünyaya uşaq gətirən ilk qadın olur. Oğlu Albin indi 4 yaşındadır və sağlamdır. AP agentliyinə müsahibə verən 30 yaşlı qadın “Keçmişlə bağlı elmi fantastika kitablarında belə hadisələr barədə oxuyurdum, indi elmi fantastikanı özüm yaşadım” deyib.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler