Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Anar Memmedxanovun anadan olmasından 46 il ötür

20 Temmuz 2016

8:16 am


20/07/2016 [12:12]: xeber –
Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.O, 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ordan məzun olub.1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.Evli idi, üç övladı yadigar qalıb.Allah rəhmət eləsin!




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler