Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Anamı abort etmeye gelen mamaçanı it yemeseydi, men dünyaya gelmeyecekdim”

30 Temmuz 2016

1:20 pm


30/07/2016 [17:18]: xeber –
«Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!» Quran, «Qadınlar» surəsi, 152-ci ayə.Allahın mükafatlandıraraq övliyalıq mərtəbəsinə yüksəltdiyi mömin bəndələrindən biri də Hacı Mahmud əfəndidir.Ötən yazımda Nəqşibəndi şeyxi  Həmzə Nigaridən bəhs edərkən qeyd etmişdim ki, onun irşad etmək üçün icazənamə verdiyi şeyxlərdən biri də Hacı Mahmud əfəndi olmuşdur. (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/145887.html )Onun şərif məzarını ziyarət etmək üçün Qazax rayonuna yola düşürəm. Qeyd edim ki, Hacı Mahmud Veysəl Qərani oğlu 1835-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. İlk təhsilini atasından alan Mahmud əfəndi sonralar ərəb və fars dillərini dərindən öyrənmişdir. Təhsilini artırmaq məqsədi ilə bir müddət Şəkidə sufi şeyxlərinin açdığı mədrəsədə oxuyur. Təhsilini tamamladıqdan sonra yenidən Qazaxın Aslanbəyli kəndinə qayıdır. Burada elmi bilikləri təbliğ etmək üçün mədrəsə tikdirir. Bu mədrəsəyə tezliklə ətraf rayonlardan çoxlu sayda tələbələr toplaşır.1870-ci illərdə Hacı Mahmud Əfəndi Türkiyənin Amasiya şəhərinə gedərək orada nəqşibəndi şeyxi Mir Həmzə Seyid Nigariyə intisab etmişdir. Seyr və sülukunu tamamladıqdan sonra Həmzə Nigari Hacı Mahmud əfəndiyə icazənamə vermiş və Qazax bölgəsində irşad etməsini tapşırmışdır. Daha sonra Həcc ziyarətinə getmişdir.Həzrət Peyğəmbərimiz buyurur: «Bir neçə şəxsə qibtə etmək olar: elminə əməl edib onu xalqa öyrədənə və var–dövlətini Allah yolunda sərf edənə». Hər iki halı Hacı Mahmud Əfəndinin həyatında müşahidə etmək mümkündür. Belə ki, o, həm elmə əməl edərək onu təbliğ edir, həm də var-dövlətindən Allah yolunda, İslam dininin dirçəlişi üçün istifadə edirdi.Qərbi Azərbaycandan – Qaraçöp mahalından, Zəngəzur mahalından, Göyçə mahalından çoxlu sayda müridlər Hacı Mahmud əfəndinin tikdirdiyi məktəbdə təhsil almışlar ki, bu müddətdə onların yemək və yaşamaq xərclərinin hamısını Əfəndi öz üzərinə götürmüşdür.O, müridlərinin yemək və yaşayış xərclərini qarşılamaq  üçün meyvə bağı salmış, İncə çaydan böyük xərc hesabına kəndə su çəkdirmişdir (bu gün də Aslanbəyli camaatı həmin sudan istifadə edir və övliyanın ruhuna rəhmət oxuyurlar) . Hacı Mahmud Əfəndi xanəgahın bütün təsərrüfat və maliyyə işlərini ən etibarlı və təqvalı müridi Əhməd Qaramana tapşırmışdı.Çar Rusiyasının əleyhinə danışdığına görə Hacı Mahmud əfəndi  iki dəfə qısa müddətə həbs olunub. Əvvəlcə Qazaxda «Şəkərin qalası» deyilən qalada saxlanılıb (indi həmin yer əsəb xəstəlikləri xəstəxanasıdır). Sonra Tiflisdə «Tamara qalası» deyilən qalada saxlanılıb. Həbsxanada olarkən bir çox kəramətləri üzə çıxıb. Belə ki, hər namaz vaxtı çatanda həbsxana kamerasının qapısındakı qıfıl qüdrəti-İlahidən açılarmış və Hacı Mahmud Əfəndi çıxıb çöldə dəstəmaz alıb, namaz qılıb qayıdarmış.Hacı Mahmud Əfəndi Həmzə Nigariyə çox böyük sayğı və hörmət bəsləmişdir. Nigarinin qəbri üzərindəki türbə və məscidin tikilməsində də onun təşəbbüsü və səyi olmuşdur.Hacı Mahmud Əfəndi 1891-ci ildə dünyasını dəyişdi. Vəfatından əvvəl rus məmurları digər nəqşibəndi şeyxləri kimi, ona da osmanlı dövlətinə köçməyi tövsiyə etmişdilər. Lakin, o, bu təklifi qəbul etməmişdir.Hacı Mahmud Əfəndi vəsiyyətinə uyğun olaraq Aslanbəyli kəndində müridi Seyid Yasin adlı şəxsin yanında dəfn edildi. Kürəkəni Mustafa ağa Miralayevin və müridlərinin köməyi ilə qəbri üzərində günbəz tikilib. Hacı Mahmud Əfəndinin məzar daşında «Ya Allah, Ya Seyid Nigari, Ya Həzrət Mövlanə» və Şeyxin öz adı yazılmışdır. Həmçinin, günbəzdəki daş kitabələrdə Füzulinin və Həmzə Nigarinin qəzəllərindən parçalar həkk olunmuşdur.Hacı Mahmud əfəndinin Məhəmməd, Əhməd və Veyis adlı üç oğlu, Aişə və Sayalı adlı iki qızı olmuşdur.Övliyanın ziyarətində olarkən burada bir çox ziyarətçilərlə tanış oldum. Onlardan birinin (adının çəkilməsini istəməyən məhşur şairənin) söhbətini moderator.az-ın oxucularına təqdim edirəm:-Anam mənə hamilə olanda evdə uşaq çox olduğundan məni abort etmək istəyib. Hacı Mahmud əfəndi anamın yuxusuna girərək, deyib bətnindəki uşağı tələf eləmə, onu dünyaya gətir. Lakin, anam məsləhətə qulaq  asmayaraq Qazaxdakı qadın həkiminə müraciət edib. Həkim deyib indi Bakıya gedirəm, tələsirəm, qayıdıb gəlib abort edərəm. İki gündən sonra həmin həkimin ölüm xəbəri gəlib. Qəzaya düşərək dünyasın dəyişib.Aradan bir müddət keçəndən sonra anam yenə məni abort etmək fikrindən daşınmayıb. Kənddəki mamaça ilə danışaraq, bu işi onun vasitəsi ilə həyata keçirmək istəyib. Razılaşdırılmış vaxtda anam bütün hazırlıqları görüb mamaçanı gözləyirmiş. Lakin, mamaça həyət darvazasından girəndə qonşunun bəd iti zənciri qıraraq onun üstünə cumur. Beləliklə, üz-gözünü it yemişmamaçanın özünü  təcili həkimə çatdırırlar. Beləliklə, anam başa  düşür ki, övliyanın tapşırığına əməl etməmək ona pis nəticələr verə bilər. Ona görə də bu gün mən dünyaya gəldiyimə görə ilk növbədə Allahıma, ondan sonra isə, Hacı Mahmud əfəndiyə borcluyam. Odur ki, te-tez övliyanın ziyarətinə gəlirəm.Biz də öz növbəmizdə bu Allah dostunun ruhuna dualar oxuyaraq Bakıya yola düşürük.Paşa Yaqub – tədqiqatçı-yazıçıYazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler