Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Anam ilanları yığırdı eteyime, deyirdi apar boşalt narlığa”

19 Eylül 2016

2:48 pm


19/09/2016 [18:47]: xeber –
«Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər: taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə Şərqdə, nə də Qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa, sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur». Quran, «Nur» surəsi, 35-ci ayə.Allahın nuru ilə nurlanan möminlərdən biri də Kərbəlayi Seyid Mir Həbi ağadır. Atasının adı Seyid Mir Əli olmaqla, şəcərəsi imamlarımız vasitəsi ilə Həzrəti Peyğəmbərimizə bağlanır. Onun əcdadları Kərbəla faciəsindən sonra İrana köçüblər. İrandan isə XIX əsrdə Azərbaycanın indiki Ucar rayonunun Qəzyan kəndinə gəliblər.Qəzyana köçəndə Mir Həbi ağanın beş qardaşı, bir bacısı olub. Burada onun kəramət sahibi olduğunu görüb, yerli əhali ona çox böyük ehtiram göstərib. Xəstələnənlər, problemi olanlar, dara düşənlər Seyidə üz tutar, onun duasıyla dərdlərinə çarə tapardılar. Hətda, ilanlar da Kərbəlayi Mir Həbi ağanın əmrlərinə tabe olar, onun tapşırığı ilə yuva qurduqları yaşayış evlərini tərk edərdilər.Tibb elminin inkişaf etmədiyi və kimyəvi dər-manların olmadığı bir dövrdə Seyid Mir Həbi ağa ilan vuranları, sonsuzları, əsəb xəstələrini və sair ağır xəstəlikləri öz kəramətiylə, Allaha etdiyi dualarla sağaldardı.Gecələr Mir Həbi babanın qəbri üzərində nur gördüm Mir Həbi ağanını dəfn olunduğu Qəzyan kənd qəbristanlığının qonşuluğunda yaşayan Əliyeva Xavər Soltan qızı bizimlə söhbətində bunları bildirdi:- Bir gecə həyətə düşmüşdüm, birdən çəpərin o biri üzündən – Seyid Mir Həbi ağanın qəbri üstündən bir işığın qalxdığını gördüm. Özünüz görürsüz ki, qəbristanlıqla bizim aramızdakı çəpər çox alçaqdır, buradan baxanda ağanın qəbri görünür. Alovabənzər işıq da dəqiq gördüm ki, Seyidin qəbri üstündən qalxdı. Alov kimi yanırdı, arxa tərəfi yaşıla çalırdı. Hər tərəfə nur saçırdı. Qəbrin üstündən göyə qalxdı və uçub getdi.- Ata-babadan həm bizim ailənin, həm də kənd camaatının Seyid Mir Həbi ağaya böyük inamımız olub – deyə Xavər xanım söhbətini davam etdirir: – Yadımdadır, Sovet dönəmi idi, atam pambıq briqadiri işləyirdi; çoxdandır yağış yağmadığından pambıq tarlası susuzluqdan yanırdı. Atam Mir Həbi ağanın qızı Seyid Xanımdan xahiş etdi ki, yağış üçün dua etsin. Seyid xanım da atasının qəbrinin torpağından götürüb dəsmala büküb, su arxına qoydu və yağış üçün dua etdi. Həmin gündən başlayaraq üç gün aramsız yağış yağdı, tarlalar su içdi. Üç gündən sonra atam Seyid Xanıma dedi ki, daha bəsdir, get torpağı sudan çıxart.Bizim nəsli ilan vurmur- Zərdab rayonunun Gəlmə kəndində yaşayan Mir Həbi ağanın nəvəsi seyid Gülnisə xanımın atası və babası haqqında danışdğı xatirələr də maraqlıdır:- Bir dəfə həyətdə getdiyim yerdə, birdən ayağım sarmaşığa ilişdi, ağzı aşağı yıxıldım otluğa. Yıxılanda gördum qarnımın altında ilan var. Qorxumdan tərpənə bilmirəm ki, ilan vuracaq məni. Gördüm ilan üzü yuxarı sinəmə tərəf gəlir. Gəldi çənəmin yanından keçib çıxıb getdi. Onda yadıma düşdü ki, ağam deyirdi bizim nəsli ilan vurmur, mən inanmırdım, deyirdim gürzə nə bilir mən kimin qızıyam? İndi inandım ki, ağam düz deyirmiş.Kəramətləriylə bölgədə məşhur olan Kərbəlayi Seyid Mir Həbi ağa 1933-cü ildə dünyasını dəyişib. Qəbri Qəzyan kəndinin qəbristanlığındadır. Seyidin Həbib və Mirhüseyn adında iki oğlu, Minayə, Güllü, Seyidxanım, Gülnisə, Güldəstə adında beş qızı qalıb. Seyid FatiməSeyid Fatimə Mir Fəttah qızı 1891-ci ildə indiki Ucar rayonunun Qəzyan kəndində doğulmaqla, yuxarıda bəhs etdiyim Seyid Mir Həbi ağanın qardaşı qızıdır.Ata-babalarında olan kəramət övladlarının bir çoxunda, o cümlədən Seyid Fatimədə də özünü büruzə vermişdir. O, öz kəraməti ilə ilanları ram edər, hətda ilanlar bir çox hallarda ona pənah gətirərmişlər.Hal-hazırda Ucar şəhərində yaşayan Alagöz xanım anası Seyid Fatiməni belə xatırlayır:– Bir gün ailəlikcə eyvanda oturub çay içirdik. Yay vaxtı idi, birdən gördük həyətə bir sürü ilan daxil oldu, çoxusu da yaralı idi. Anam dedi onlara toxunmayın, davadan gəlirlər. Anam onlara çərəklə yağ, bal verdi, yedilər, bir az dincəlib getdilər.Yay vaxtı biz ailəlikcə eyvanda yatırdıq – deyə Alagöz xanım söhbətini davam etdirir – səhər yuxudan oyananda görürdük yatağımızın ətrafında ilanlar yatıblar. Anam ilanları yığırdı mənim donumun ətəyinə, deyirdi apar boşalt narlığa. Mən də aparıb boşaldırdım…Paşa Yaqub – tədqiqatçı-yazıçıUcar – Bakı Yazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler