Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Analoqsuz multikultiralistler…

13 Temmuz 2016

3:40 pm


13/07/2016 [19:37]: xeber –
Uzun illər analoqsuz iqtisadi inkişafdan danışdılar. Neft ucuzlaşan kimi manat ikiqat dəyərdən düşdü, büdcə üç dəfə azaldı və bəlli oldu ki, bu hakimiyyətin iqtisadiyyat anlayışı bahalı neftdən gələn gəlirləri oğurlamaqdan, dağıtmaqdan başqa bir şey deilmiş. Bu hakimiyyət təqaüdləri belə normal vermək imkanında deyil.Ordunun büdcəsini Ermənistanın büdcəsindən çox elədilər. Aprel ayında qəhrəman əsgərimiz canı-qanı bahasına düşmənləri ölkədən qovmağa, torpaqlarımızı azad etməyə başladı və Putinin bir zəngi ilə torpaqlarımızın azadlığı uğrunda döyüş dayandı. Vətən torpağının azadlığı uğrunda bir neçə günlük döyüşlər əslində müqəddəs bir müharibə idi. Hakimiyyətdəkilər Putinin xofundan bu döyüşləri öz adı ilə də deyə bilmədi, erməni təxribatına cavab adlandırdı. Vasitəçilər də birdə “təxribat” olmasın deyə müşahidəçiləri artırmaq və təmas xətti boyu videokameralar quraşdırmaq qərarı verdilər. Əsgərlərimizin qazandığı o cür hərbi üstünlük hakimiyyətimizin xofu və asılılığı üzündən əks effekt verdi. İndi də multukulturalizmdən danışırlar. Bunlar başa düşmürlər ki, kulturalizm olmayan yerdə multikulturalizm ola bilməz. Ərazisinin 20 faizi etnik separatizm və qonşu dövlətin təcavüzü nəticəsində işğal olunmuş, 1 milyon qaçqını olan, işğal altında olan ərazilərində mədəniyyət abidələri dini ibadət yerləri dağıdılmış, İşğal altında olan məscidlərində donuz saxlanan bir ölkə necə multikultural ola bilər. Yoxsa hakimiyyətdəkilər Azərbaycan dedikdə artıq o əraziləri nəzərə almırlar. 11 yaşlı məktəbli bir çantaya görə özünü asır, Qarabağ qazisi dolanışığa görə özünü yandırır və bu vəziyyəti hakimiyyətdəkilər kultural hesab edir və bu “örnəyin” digər ölkələrdə də tətbiqindən danışırlar.Yığışdırın bu yalanlarınızı, heç olmasa buna “multikultura”nız çatsın!Əhməd OrucAzadlıq Partiyasının sədri 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler