Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Analar Vetene şehid doğurlar” – Şeirler

28 Ekim 2016

4:20 pm


28/10/2016 [20:16]: xeber –
Şair Nəriman Zeynalzadənin bir neçə şeirini sayt oxucularına təqdim edirik:MƏZARA BEŞ ARŞIN AĞLA GEDİRƏMSevdim bir gözəli, safını tutdum,Gözümün, könlümün ovunu tutdum,Axan göz yaşını silib ovutdum,Görməsin gözlərim, bağla, gedirəm.İtirdim axşamı, səhərlərimi,Götürdüm özümlə tək şərlərimi,Sənə tapşırıram şeirlərimi,Yetim qalmasınlar, saxla, gedirəm.Əyilmə bütlərə, başa əyilmə,Taleyin atdığı daşa əyilmə,Sınmasın göz yaşın, yaşa əyilmə,Çəkilib bir küncdə ağla, gedirəm.Sevənlər qoşadır, cütdür dünyada,Ayrılıq, həsrət də üzdü dünyada,Söylə, Nəriman da köçdü dünyadan,Məzara beş arşın ağla gedirəm.15.07.2016GƏNCLİKHara baxsan işsiz-gücsüz,Veyil-veyil gəzir gənclik.Küçələrdə günləriniAyaqlayıb əzir gənclik.Baxtı yoxdur, baxtdan tuta,Gündən tuta, vaxtdan tuta,Taxtı yoxdur, taxtdan tuta,Nə şahdır, nə vəzir gənclik.Qışdan umur, yaydan umur,Göydən umur, aydan umur,Açıb ətək pay da umur,Tanrısından nəzir gənclik.Ağsaqqalı-Qorqudu yox,Vallah sönüb, qor-odu yox,Düşmən alıb, öz yurdu yox,İçdə çəkir əcir gənclik.Hər gününə alışıbdır,Başı belə qarışıbdır,Taleyilə barışıbdır,Qolu bağlı əsir gənclik.10.07.2016ELƏ  BİL  MİN  İLDİR  BU  DÜNYADADIRElə bil min ildir bu dünyadadır, Gəldiyi günü də yadından çıxıb.Bəlkə əzrail də tanımır onu,Başqa birisinin evini yıxıb.Üstünə vurulan sancağı görüb,Xortdanı, şeytanı, cinləri qaçır.Bağlayıb bu xalqın, elin qapısın,Gedib baş kəsənin qapısın açır.Üşüyür içində yayın istisi.Gödəkdir millətin yorğan- döşəyi.Sanki dədəsindən qalmadı Vətən,Ayağı altına pullar döşəyir.Talanır Vətənin varı-sərvəti,Nazir balasının başında tacdır.Yatmayıb gecəni səhərə qədər,Əlimiz xəmirdə, qarnımız acdır.Oturub xaricdə saray-villada,Olkənin varını yeyir oğrular.Vətəndə ufacıq, kasıb daxmada,Analar Vətənə şəhid doğurlar…Nə qədər oxudum yoza bilmədim,Tərsinə yazılan yazıdı bunlar.Gorun çatlamasın, ay yazıq millət,Hələ mən gördüyüm azıdı bunlar11.06.2016


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler