Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ana yatmış qızını öldürdü – Dehşetli qetl /Foto

28 Ağustos 2016

10:24 am


28/08/2016 [14:23]: xeber –
 Türkiyədə, Balıkəsirin Manyas kəndində ruhi sarsıntı keçirən 36 yaşlı xüsusi güvənlik işçisi Özləm Çağlar yatmış halda olan 17 yaşlı qızını ov tüfəngi ilə başından vuraraq öldürüb. sayt Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Manyas kəndinin Heydər məhəlləsində baş verirb. Altı ay əvvəl ikinci həyat yoldaşından ayrılan Özləm Çağlar bir müddət əvvəl  ilk evliliyindən olan 17 yaşlı qızı Sinəm Sözəni və ikinci evliliyindən olan 6 yaşındakı oğlunu da götürüb atası Mustafa Çağların evinə yerləşib. Psixoloji müalicə aldığı deyilən təhlükəsizlik işçisi Özləm Çağlar axşam saatlarında evdə olan ov tüfəngini götürərək qızı Sinəm Sözenin yatdığı otağa girib. Özləm Çağlar silahı qızının başına dayayaraq tətiyi çəkib. Silah səsindən sonra içəriyə girən Özləmin atası Mustafa Çağlar nəvəsini al-qan içində tapanda polisə və təcili yardıma xəbər verib. Təcili yardım həkimləri hadisə yerinə gəldikdə qızın artıq öldüyünü bildiriblər.  Özləm Çağlar polisləri görəndə isə onlardan nəyə görə gəldiklərini soruşub,  “Siz niyə gəlmisiniz, onu oyadın, işə gedəcək” – deyib. Özləm Çağların dostları bildiriblər ki, qadın uzun müddətdir çox boğulduğunu və intihar edəcəyini söyləyirmiş.Balasının qatilinə çevrilmiş ana polis məntəqəsinə aparılarkən, qızının cəsədi də yarılmaq üçün Bursa Adlı Tibb İnstitutunun meyitxanasına göndərilib.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler