Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ana Yasamızı orta esrlere qaytaran Referenduma Qerbden bir tepki varmı?”

11 Ağustos 2016

9:48 am


11/08/2016 [13:45]: xeber –
Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Türkiyə-Rusiya münasibətləri və bu fonda Qərbin davranışları şəraitində Azərbaycanın yürütməli olduğu siyasətlə bağlı yazı yerləşdirib. Həmin yazını təqdim edirik:“Bu gün Krımda qarşıdurma təşəbbüslərinin olması barədə məlumatlar yayılmağa başlayıb. Əvvəllər Prezident Ərdoğanın Putinlə görüşündən sonra belə xəbərlərdə bəlkə də əlaqə axtarmazdım. Türkiyədəki çevriliş cəhdinə qədər belə idi.Daima Azərbaycanın AvroAtlantika məkanına inteqrasiyasının tərəfdarı olmuşam. Oraların siyasi mədəniyyətini, məhkəmə sistemini, insan haqlarına münasibətini, sənaye və həyat standartlarını Azərbaycanımız üçün gərəkli və zəruri saymışam. Yenə də belə düşünürəm. Lakin…Dövlətimizin çıxarları birincidir. Çıxarlar prioritetində ən böyük dayağımız-Türkiyənin ayaqda olması həlledicidir. Türkiyə bizim əvəzsiz müttəfiqimiz, qardaşımız, elə lap özümüz olan bir dövlətdir. Müstəqiliyimizin, 1991-ci ildə dünya nəhəngi SSRİ mövcud olduğu zaman, tanınmasından bu günə qədər arxamızda olan yeganə tərəf müqabilimizdir.15 iyul çevriliş təşəbbüsü Türkiyəni öz vassalına çevirmək cəhdinin arxasından Qərb çevrələrinin adının çıxmasından sonra geopolitik baxışlarıma əsaslı düzəlişlər etmişəm. Qərb siyasətinin marginallığı, praqmatizminin eybəcər siması, daha düzü simasızlığı daxilimdə narahatlıq və ikrah yaradıb. Deməli, onlar üçün də dəyərlər deyil, maraqlar öndədir. Qərbin Orta Şərqdə ən dayanıqlı müttəfiqi olan Türkiyəyə qarşı bu davranış bəraitə haqq etmir. Qərb ərəb Misirində Mursiyə və misirlilərə nə etdisə, Türkiyədə də eynisini Ərdoğana və Türkiyə siyasi iradəsinə çəkdirmək istədi. Onlar demokratiyanı deyil, öz maraqlarını hər işdən yuxarıda tutdular.Elə isə biz də millət olaraq, öz maraqlarımızı qorumağı öyrənməliyik. Bizə son 25 ildə Qərbdən eşitdirilən İnsan haqları və Demokratiya barədə lay-laylar yuxu üçün edildiyini görməmək olmur. Azərbaycanda da eyni halın şahidiyik. Ölkəmizi bu iqtidar qədər də, onları hakimiyyətə gətirmiş transmilli şirkətlər və böyük Qərb dövlətləri sümürür. Türkiyənin AK Parti iqtidarının “qarmaqdan” çıxdığını duyduqda təşəbbüsləri dərbə oldu. Baxın, sentyabrın 26-da Ana Yasamızı orta əsrlərə qaytaran Referenduma bir təpki varmı Qərbdən? Olmayacaq da. Çünki hakimiyyətimizlə iş birliyindədirlər. Bunlara hakimiyyət, özlərinə neft, qaz, Referendumdan sonra isə həm də Torpaqlarımız.Krımda baş verənlər də azğınlaşmış Qərb iştahasının və gözəgörünməz idarəçiliyinin nəticəsidir. Türkiyənin Rusiya ilə yaxınlaşdığını görən Qərb yeni ssenarini işə salır. Bizə sabit bölgə, güclü Azərbaycan və Türkiyə, torpaq bütövlüyümüz, rifahımız maraqlıdır. Yerləşdiyimiz siyasi coğrafiyanın sabitliyi bizim üçün çox önəmlidir. Ən azı bu səbəbdən Qərb tərəfindən Türk dünyasına yeni paradiqmalarla yanaşılması lazımdır. Qərb-Türk dövlətləri münasibətləri yeni keyfiyyət müstəvisinə çıxarılmalıdır. Belə olmasa, Azərbaycan-Türkiyə tandemi yeni siyasi fəzanın formalaşmasına baş vurmalıdır. Belə müstəvinin konturları mövcuddur, sadəcə “gövdə”mizi bir qədər Şərqə çevirməliyik”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler