Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ana olmaq üçün eks cins lazımdır” – Metanet Əsedova

21 Haziran 2016

10:28 am


21/06/2016 [14:25]: xeber –
anınmış estrada müğənnisi və xanəndə Mətanət Əsədovanın müsahibəsini təqdim edirik:-Üzünüz əvvəlki kimi gülmür. Həyatınızda nə baş verir?-Xəstəxanadan təzə çıxmışam. Bronxlarım şişib, həkim nəzarətindəyəm. Türkiyədən, İrandan gələn həkimlərin köməyi ilə bu gün ayaq üstündəyəm. Öldüm, yenidən dirildim. Birdən-birə çəkim70-dən 53 kiloya düşdü. Hal-hazırda bir az özümə gəlmişəm. Həyatda mənim üçün ən qorxulu insanlardır. Çəkilmişəm bir kənara, mənim öz aləmim var.- O aləminin qapısı, pəncərəsi varmı? Özünüzü tək hiss etdiyiniz dünyaya kimlərsə daxildir? Orada nələr var?-Xeyr, heç kim yoxdur. Öz dünyamda ancaq mən, insanlıq, saflıq və düzgünlük var.- Hər zaman ilahi ədalətin olduğuna inanırsınız. Deyirlər, Allah heç bir zaman haqqı nahaqa qurban vermir…- Bu dünyada çiyinlərim yük götürməkdən, kürəyim təpikdən çox ağrıyır. Çalışıram insanlığım güclü olsun ki, axirətdə əziyyət çəkməyim. Bu dünyada onsuz da əziyyətlərim çox olub. – Başınıza gələn hadisələr illərin yorğunluğu ola bilər?- Axı mən də insanam, poladdan deyiləm. Mənim nə canım var ki, haqsızlıqlara dözümüm olsun. İndi Allahdan tək istəyim bu sahədən uzaqlaşmaqdır. Təki işlərim düzəlsin, buralardan çıxıb-gedim. Bəzən sənətə gəlməyimə də, bu sahədə olduğuma da nifrət edirəm.- Alim Qasımovun tələbəsi olmaq hər kəsə nəsib olmur. Sizin şou-biznesə gəlməyinizə Alim müəllimin münasibəti necə oldu?- İnciyibsə də haqqı var. Başqa çarəm yox idi, külfətimizi mən dolandırıram. Amma bu yaxında şou-biznesdən uzaqlaşacağam, yenidən sırf muğam ifaçısı olmaq niyyətindəyəm.- Özünüzə kimisə rəqib görürsünüz?-Xeyr, heç kimi! Mən belə şeylərə gülürəm.- Türk müğənniləri Azərbaycan tamaşaçılarının gözündə toxunulmazdırlar. Təəssüf ki, bu sözləri Azərbaycan sənətçilərinə şamil edə bilmirik. Sizcə, bunun səbəbi nədir?- Mənim üçün bu səhnəyə gələndən bir toxunulmaz var o, da SSRİ xalq artisti Zeynəb Xanlarovadır. Mən onun mahnıları ilə dünyaya gəlmişəm. Zeynəb xanımdan sonra mənim üçün Alim Qasımovdur. Hal-hazırda şou-biznesdə oxuyan azdır, amma müğənni çoxdur. 3-4 müğənni var mənim üçün, onun birincisi Elton Hüseynəliyevdir. Çünki Elton səviyyəli, sanballı ifaçıdır.-Vurğuladınız ki, işlərim düzəlsə bu sənətdən gedəcəyəm. Bu sahədən başqa özünüzü hansı işdə görürsünüz?- Qarşıma ürəyim istəyən, mənə sahib olan həyat yoldaşım çıxsa, həmin an bu sənətdən gedərəm. Amma qismət… Həyatda ən böyük arzum, normal ailə və sağlam övlad sahibi olmaqdır.- Həmin insanda nələr olmalıdır?-Çox ağıllı, alicənab, çox bilib az danışan, yerini bilən, Allahından başqa heç kəsə hesabat verməyən. Ən əsası, özü-özünün ağası olan biri. Namizədlər çoxdur, amma mən istədiyim yoxdur.- Bəs ürəyinizdən ana olmaq keçmir?- Əlbəttə keçir… Amma onun üçün əks cins də olmalıdır axı. Tibb inkişaf etsə də, süni yollara əl atmaram. Çünki, elə özüm bu yaşda ola-ola ana axtarıram, bəs gələcəkdə o, uşaq mənə deməz ki, atam hardadır?-Sizcə həyatda hər şeyi pulla əldə etmək olur ?-Bəli, pul hər şeyin açarıdır. Amma o, eyni anda da çox şeyi həll etmir.- Pulsuz, çətin günlərində kimə arxalanmısınız?- Bu dünyada Allahımdan başqa heç kəsə arxalanmıram. Görüntü naminə hansısa addım atmadım, atmaram da… Ağlı başında olan normal insanam. Niyə idarə olunub, kimdənsə qorxmalıyam? Güclü xanım olmasaydım, əsla Mətanət Əsədova ola bilməzdim… (primetime.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler