Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“AMİP-in 4 iyunla bağlı tutduğu mövqe qara üzde ağ lekedir”

21 Haziran 2016

6:20 pm


21/06/2016 [22:18]: xeber –
Klassik Xalq Cəbhəsi Partiyasının sədri, Gəncə hadisələri ilə bağlı yaradılmış deputat istintaq komissiyasının ən fəal üzvlərindən olmuş Mirmahmud Mirəlioğlu da Aslan İsmayılovun müsahibəsində onunla bağlı səsləndirdiyi fikirlərlə, yəni həmin olaylarla bağlı çox şey bilsə də az danışması haqqında ittihamı ilə razılaşmadığını bildirdi. Qərara almışdıq ki, ona da cavab haqqı tanınacaq və bu gün, məhz Elçibəyin Bakını tərk edərək Kələkiyə getdiyi 17 iyunun 23-cü ildönümündə Mirmahmud ağa ilə üzbəüz çox ilginc açıqlamalarla zəngin həmsöhbət olduq. Beəliklə, KXCP sədri Mirmahmud Mirəlioğlunun sayt-a müsahibəsinin sonuncu bölümünü oxuculara təqdim edirik:Müsahibənin əvvəlini bu linkdən oxumaq olar—  moderator.az/news/141646.htmlMüsahibənin sonuncu bölümündə Mirmahmud bəy AMİP lideri Etibar Məmmədovun 4 iyun hadisələrindəki mövqeyini kəskin qınayıb:”Etibar bəy qiymətli adamdır, amma öz qiymətini bilməyən adamdır. Bizim bu gün də münasibətlərimiz var, amma elə şeylər var ki, orda onu deməmək, əğstəfürullah, Allahsızlıq olar. Etibar Məmmədovun Elçibəylə tələbə – müəllim münasibəti olub, Etibar Məmmədovla Elçibəyin digər inanclı bir münasibəti var. Yəni bəzi tələbələr zamanında Elçibəyə qarşı durublar, ifadə veriblər, amma Etibar bu siyahıda yoxdur. O bir keşməkeşli yol keçib. Nəhayət də cəmisi bir neçə yüz gün “Lefortovo”da olub, bir neçə on ildə qazandıqlarını bir andaca itirib. Ona görə də bu günlərdə maraqlı bir şey yazmışdım və onu çap etdirəcəm. Elçibəy millətə sevgisini canıyla, qanıyla isbatlayıb. Milli quruculuqla məşğul olub və milli dövlət qurub. Rus faşist qoşunlarını Azərbaycandan çıxarıb. Milli valyutanı təsbit edib. Millətin adını konstitusiya qanunu ilə özünə qaytarıb, dövlət dilinin türk dili olduğunu təsdiqləyib. Ölkədəki digər azsaylı xalqların haqlarını tanıyıb və milli kimliklərini qorumaları üçün şərait yaradıb. Belə bir iqtidarın hakimiyyətdən getməsinə çalışan qüvvələri hansı məntiqlə və haqla milli istiqlalçılar adlandırmaq olar? Belə də milli istiqlalçılıq olarmı? Xatırlatdığınız üçün mən də adını çəkirəm, indi baxın görün “Lefortovo”nın nə qədər böyük təsiri var? Sizə, mənə və millətə çatmayan Etibar Məmmədovun və milli istiqlalçıların həmin mövqeyi ki, var, baxın görün sonda proseslər elə məcrada cərəyan etdi ki, Etibar bəy heç nəyə çatmadı. Yəni bizə çatmayan sən demə elə onun özünə çatmayan imiş. Bir daha deyirəm, imkan daxilində Etibar bəylə bir-birimizin xeyirində-şərində iştirak edirik, qarşılıqlı hörmətimizi saxlayırıq. Amma 4 iyun tamam ayrı məsələdir. Milli istiqlalın o zaman tutduğu mövqe və milli hökumətin devrilməsində iştirakı həmin olaylar zamanı başadan-başa ağ geyimlərinə baxmayaraq qara üzdə ağ ləkədir. Yəni üz qaradır, bir dənə də yaxşı ləkə var. Obrazlı desək, biri bir cinayət işləyir. Həmin cinayətin cəzası nə qədərdirsə çəkir, amma bunu tamam silmirsən ki. Etibar bəyinsə nə qədər ömrü var, Allah ona uzun ömür qismət eləsin, nə qədər o hadisələrin iştirakçıları olan milli istiqlalçılardan yaşayanlar var, ömrü boyu bu ləkəni daşıyacaqlar.  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler