Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AMİP 24 yaşını qeyd edir…

04 Temmuz 2016

5:48 pm


04/07/2016 [21:47]: xeber –
Azərbaycan Milli İstiqlal Partiyasının təsis olunmasının növbəti ildönümü münasibəti ilə AMİP Siyasi Şurası Milli İstiqlalçılara müraciət edib.Müraciətdə deyilir:Əziz Milli İstiqlalçılar!Sizi 3-4 iyul Azərbaycan Milli İstiqlal Partiyasının təsis olunmasının növbəti oldönümü münasibəti ilə təbrik edir, bütün işlərinizdə uğurlar arzulayırıq.Sizlər 24 il əvvəl, 1992-ci ildə Etibar Məmmədovun rəhbərliyi altında  Azərbaycan Milli istiqlal Partiyasını yaratmaqla çağdaş Azərbaycanın siyasi tarixində yenə səhifə açdınız. Çoxpartiyalılığa əsaslanan siyasi sistemə keçidin və demokratik ənənələrlə hakimiyyətə gəlməyin bünövrəsi məhz bu gün qoyulub. Yarandığı gündən ali dəyərlərə və prinsiplərə sadiq qalan AMİP daşıdığı ideyalarla, yorulmaz mübarizlik, milli və dövlət maraqlarını daim üstün tutması ilə cəmiyyətdə böyük nüfuz qazanaraq aparıcı partiyaya çevrilib. Məhz sizlərin dönməz və məqsədli fəlaiyyətinizin nəticəsisdir ki, AMİP həmişə siyasi proseslərin mərkəzində durmuş, hadisələrin isqtiqamətini dəyişməyə və yeniliklərə imza atmağa nail olmuşdur. Azərbaycançılıq, hürriyyətçilik, milli dövlətçilik, milliyyətçilik, öncüllük-müasirlik və istiqlalçılıq kimi prinsipləri özünün başlıca prinsipləri elan edən AMİP iqtisadiyyatın liberallaşdırılmasının, milli adət-ənənədə mühafizəkarlığın, milli əxlaqın qorunmasının, fərdin azadlığının tərəfdarı kimi çıxış etməkdədir. AMİP demokratik dəyərlərin ölkədə bərqərar olunması, hüquqi dövlətin qurulması, azad cəmiyyətin təşəkkül tapması üçün bü gün də sizlərin sayəsində mücadilənin önündədir. Hədəfimiz Bütöv, Çuçəklənən və Demokratik Azərbayacanın dünyanın ən güclü, ən nüfuzlu dövlətinə çevrilməsinə töhfəmizi verməkdir. Keçilən uzun mübarizə yolunda çətinliklərə, məhrumiyyətlərə, təqiblərə, itkilərə məruz qalsaq da, bu bizim daha da möhkəmlənməyimizə, mətinləşməyimizə əngəl ola bilməyib. Bu gün də bizə ulu millətimiz və uca xaqlımız etimad göstərir, inanır, parlaq gələcəyini bizə bağlayır. Həm daxildə, həm də xaricdə dostlarımızın sayı günbəgün artır. Bütün bunlar bizləri daha mübariz və inamlı olmağa ruhlandırır. Dəyərli əqidədaşlar!Əminik ki, bizim illərdən bəri çəkdiyimiz zəhmət və apardığımız mübarizə hədər getməyəcək. Biz qarşıya qoyduğumuz məqsəd və hədəflərə birlikdə, çiyin-çiyinə dost və qardaşcasına addım-addım irəliləyəcəyik. Bu yolıda hamınıza Uca tanrıdan güc,  qüvvət və qüdrət arzulayırıq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler