Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Amerikada iki teyyare toqquşmasının SİRLƏRİ…

26 Eylül 2016

10:40 am


26/09/2016 [14:37]: xeber –
“İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda, suda və havada fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Quran”, 30:41 Xəbər verildiyi kimi, Amerikada “Cessna-140” və “Piper-Cerokee” markalı təyyarələrin havada toqquşması nəticəsində hər iki təyyarənin pilotları həlak olublar. Təyyarə qəzalarının monitorinqi zamanı əldə etdiyimiz faktlar sübut edir ki, bu cür qəzalar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Hesablamalarımız göstərir ki, qeyd etdiyim təyyarə toqquşması Dünyanın hegamon dövləti olan Amerikanın Prezidentinə və xalqına Allahdan bir xəbərdarlıqdır. Bunu sübut etmək üşün aşağıdakı hesablamalara nəzər salaq.Xatırladım ki, bu il iyunun 2-də Amerika Prezidenti Barak Obama Kolorido ştatında HHQ-nin Akademiyasında buraxılış imtahanında iştirak edərkən sınaq uçuşu zamanı “F-16” qırıcı təyyarəsi qəzaya uğradı (həmin gün Tennesi ştatında “F-18” qəzaya uğradı). Hesablamalarımız göstərir ki, bu gün toqquşan iki təyyarə ilə Obamanın  yanında baş verən qəza arasında bağlılıq vardır. Belə ki, hadisələr arasında 114 gün fərq vardır ki, bu da “Quran”ın surələrinin sayı və yaxud Allah-təalanın “kodlaşdırılmış möhürü” olaraq, həmişə olduğu kimi bu qəzaların da üzərinə vurulmuşdur. Apardığımız digər hesablamalar da bu iki təyyarə toqquşmasının digər analoji hadisələrlə əlaqəsini üzə çıxarmaqla, fikrimizi bir daha təsdiq edir. Belə ki, 2016-cı ilin fevralın 10-da Dominikan-Moskva reysi ilə uçan “Boeing-777” markalı təyyarə qəza enişi edərək yandı (sərnişinlər təxliyyə edildi). Bu gün həmin hadisənin 228-ci günüdür ki, yuxarıda qeyd etdiyim iki təyyarə toqquşdu. Elə isə:228 – 114 = 114hesablaması ilə hadisələrin üzərindəki  Allahın “kodlaşdırılmış möhür”ünü görmək mümkündür.  Araşdırmalarımız göstərir ki, bu gün (25 sentyabrda) Amerikada toqquşan təyyarənin markası da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, bu il mayın 6-da İndoneziyadan Honq Konqa uçan “A-330” sərnişin təyyarəsinin qəzasını şərh edərkən, bunun Allahdan bir xəbərdarlıq mesajı olduğunu qeyd etmişdim. Təəssüf ki, insanlar bu kodlaşdırılmış mesajlardan gərəkən nəticəni çıxarmırlar və çoxsaylı günahlarına son vermirlər. Bu gün şərh etdiyim toqquşma da bunun nəticəsidir. Sübut üçün qeyd edim ki, bu gün “A-330” qəzasının 140-cı (!) günüdür ki, bu da Amerikada toqquşan təyyarənin üzərində həkk olunmuşdur: “Cessna-140” (!). Bütün bunlar yuxarıda qeyd etdiyim fikri bir daha təsdiq edir ki, baş verən qəzalar Amerika xalqının və Prezidentinin simasında yolun azmış (günah törətməkdə “qırmızı xətti” keçmiş) bəşəriyyətə Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bu həm də bəşəriyyətə gələcək daha böyük bəlalar səbəbindən onların günlərinin sayılmasına işarədir: “Elə isə onlardan ötrü (günahkarların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik)”. “Quran”, “Məryəm” surəsi, 84Paşa Yaqub – tədqiqatçı-yazıçı.Müəllifin arxivi: moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler