Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Amerikada eyni günde iki teyyarenin müemmalı şekilde yanmasının sirleri…

30 Ekim 2016

11:08 am


30/10/2016 [15:06]: xeber –
“Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Yunis” surəsi, 22-23 Xəbər verildiyi kimi bu gün (29 oktyabr) Amerikanın Çikaqo hava limanında “Boeing-767” markalı sərnişin təyyarəsində yanğın baş verib.  Sərnişinlər təxliyyə edilərkən 20 nəfərdən artıq xəsarət alan olub. Eyni gündə Florida ştatında  yük təyyarəsində də yanğın baş verdi. Bütün bunlar təsadüfmü, ya zərurətmi?Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün sirli qəzalar kimi, Amerikada baş verən təyyarə yanğınları da təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq həmişə olduğu kimi, yenə də “Quran”ın kodları olan 114 və 286 ədədləri ilə özünü büruzə verir və Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıq olduğunu sübut edir.Məsələn:1) Hesablamalarımız göstərir ki, bu yanğınlar Ay tutulmasına da bağlanır. Belə ki, bu gün 27 sentyabr 2015-ci il tarixli Ay tutulmasının 400-cü günüdür ki, bundan “Quran” rəmzi olan 114 ədədini çıxsaq, müqəddəs kitabın səhifələrinin sayı olan 286 ədədi alınır: 400 – 114 = 2862) Hesablamalarımız göstərir ki, Amerikadakı təyyarə yanğınları Türkiyədəki enerji qəzası ilə riyazi  şəkildə əlaqəlidir. Xatırladım ki, 31 mart 2015-ci il tarixdə Türkiyədə enerji qəzası baş verdi və ölkə bir gündən artıq qaranlığa qərq oldu (o vaxt bu hadisənin bəşəriyyətə Allahdan bir xəbərdarlıq olduğunu qeyd etmişdik). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu  gün Türkiyənin qaranlığa qərq olmasının 572-ci günüdür;  bundan “Quran”ın kodunu (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və bəşəriyyətin diqqətini bu kitabın hökümlərinə yönəldir:572 – 286 = 2863) Xatırladım ki, bu il yanvarın 15-də Amerikada və Rusiyada eyni vaxta “Boeing-737” təyyarələri qəza  keçirmişdilər. Bu gün həmin qəzaların 286-cı günüdür ki, Amerikada iki təyyarə yandı.4) Yuxarıda qeyd etdim ki, bu gün ABŞ-da iki təyyarə eyni formada  qəzaya uğradı (yandı). Bunlardan biri “Boeng-767”, digəri isə “Md-10” yük təyyarəsi idi. Yanan təyyarələrin  markalarını cəmləsək 777 alınar:767 + 10 = 777Marqlıdır ki, 777 gün bundan qabaq da ABŞ-a məxsus iki eyni markalı təyyarə müəmmalı şəkildə qəzaya uğramışdı. Belə ki, 13 sentyabr 2014-cü il tarixdə Amerikanın iki ədəd “F-18” təyyarəsi eyni gündə Sakit okean üzərində qəzaya uğradı. Bu gün həmin ölkədə iki təyyarə müəmmalı şəkildə yananda həmin hadisənin 777-ci günü idi ki, bundan təyyarələrin birinin markasını çıxdıqda, digərinin markası görünür:777 – 10 = 767Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca onu deyim ki, bu gün Amerikada eyni vaxtda iki təyyarənin yanması yolun azmış, biri-birinə haqsız zülm edən bəşəriyyətə  Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Əgər insanlar bu xəbərrdarlıqlara məhəl qoymayıb zülm və azğınlıqlarında davam edərlərsə daha böyük fəlakətlərlə üzləşə bilərlər.  “İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (yolazmışların cəzalanacağı haqda hökmlərin bütün dövrlrə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!” “Quran”, “Peyğəmbərlər” surəsi, 37. Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifin arxivi:moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler