Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Amerikada baş Veren “Boeing-737” qezasının şok sirleri…

28 Ağustos 2016

6:20 pm


28/08/2016 [22:16]: xeber –
sayt saytı xəbər verir ki, bu gün Amerikada  içərisində 7 ekipaj, 99 sərnişin olan “Boeinq-737” markalı təyyarədə həyəcanlı anlar yaşanıb. Belə ki, havada olarkə mühərriklərindən biri parçalanan sərnişin təyyarəsi ABŞ-ın Pensacola Hava Limanına qəza enişi edə bilib. Bundan  sonra sərnişinlərin təşvişinə son qoyulub. Təyyarə qəzalarının monitorinqini aparan tədqiqatçı-yazıçı Paşa Yaqub olayı əməkdaşımıza şərh etmişdir. Onun şərhini oxucularımıza təqdim edirik:- Bundan əvvəlki qəzalarda olduğu kimi, bu qəzada da xüsusi qanunauyğunluq olduğu görünür. Bu qanunauyğunluq yenə də özünü 114 və 286 ədədləri ilə büruzə verir ki, bu da “Quran”ın kodlarıdır. Aşağıdakı hesablamalar hadisənin Allah tərəfindən bəşəriyyətə yönəlik bir xəbərdarlıq mesajı olduğunu sübut edir:1) Xatırladım ki, bu il mayın 6-da İndoneziya-Honkonq reysi ilə uçan “A-330” markalı sərnişin təyyarəsi qəza enişi etmiş və 17 nəfər xəsarət almışdı. Bu gün həmin hadisənin 114-cü (!) günüdür ki, Amerikada analoji hadisə baş verdi.2) 13 yanvar 2016-cı il tarixdə ABŞ-ın  Las-Veqas şəhərində  “Boeinq-737” markalı təyyarə qəza enişi etmişdi. Bu gün Amerikada eyni markalı təyyarə qəzaya uğradı. Bu iki analoji hadisə arasında 228 gün fərq vardır ki, bundan da “Quran”ın surələrin sayını (114) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədədi alınar və hadisənin Allahdan xəbərdarlıq olması barədə yuxarıda dediyimiz fikri bir daha təsdiq edər:228 – 114 = 1143) Yadınıza salım ki, keçən il noyabrın 16-da (ilin 319-cu günü) Tehran-Bakı reysi ilə uçmalı olan “A-319” (!) təyyarəsindədə nasazlıq baş verdiyindən uçuş bir gün sonraya təxirə salınmışdı. Bu gün həmin hadisənin 286-cı günüdür ki, Bu da “Quran” rəmzi olmaqla, Amerikada baş verən qəzanı riyazi yolla Tehrandakı qəza ilə birləşdirir. 4) Hesablamalarımız göstərir ki, bu gün baş verən təyyarə qəzasının üzərindəki marka da təsadüfü deyildir. Belə ki, bu marka onu özündən əvvəlki qəzalarla zəncirvari əlaqələndirir. Məsələn, 21 avqust 2014-cü il tarixdə Mumbay-Deli reysi ilə uçan “A-320” markalı təyyarə yerə enərkən, yanğın baş vermiş, sərnişinlərdən yaralananlar olmuşdu. Bu gün həmin hadisənin 737-ci (!) günüdür ki, Amerikada qəzaya uğrayan təyyarənin üzərində açıq-aşkar həkk olunub: “Boeinq-737” (!).5) Araşdırmalarımız göstərir ki, əvvəlki təyyarə qəzaları kimi, bu qəza da astronomik hadisələrə bağlanır. Belə ki, bu gün 29 aprel 2014-cü il tarixdə baş verən Günəş tutulmasının 851-ci günüdür ki, bundan da “Quran” rəmzini çıxdıqda, bu gün qəzaya uğrayan təyyarənin markası görünür:851 – 114 = 7376) Bugünkü qəza 4 noyabr 2013-cü il tarixli Günəş tutulmasının 1023-cü günüdür ki, bundan da müqəddəs kitabın səhifələrinin sayını (286) çıxsaq, yenə də 737 alınır və yuxarıda söylədiyimiz fikri bir daha təsdiq edir:1023 – 286 = 737Bütün bu hesablamalar bir daha sübut edir ki, baş verən qəza təsadüf olmayıb, yolun azmış bəşəriyyətə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Hesablamalarımız göstərir ki, insanlar bu xəbərdarlıqdan nəticə çıxarmazlarsa və doğru yolu tutmazlarsa daha böyük fəlakətlərlə qarşılaşa bilərlər.“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” “Quran”, 57:22


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler