Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Amerika türmelerinde nezaretçiler oruc tutanları ele salırlar

28 Haziran 2016

2:36 pm


28/06/2016 [18:33]: xeber –
ABŞ qanunlarına görə həbsxanalarda istənilən  dinə mənsub dustaqların ibadəti üçün tam şərait yaradılmalıdır. Buna baxmayaraq müsəlman dustaqlar Ramazan ayında bir sıra çətinliklərlə üzləşdiklərini söyləyirlər. Bəzən nəzarətçilərin laqeydliyi ucbatından yeməklərin paylanması gecikdirilir. Və nəticədə oruc tutanlar sahur və iftarsız qalırlar. Modaerator.az-ın İslam saytlarına istinadla yaydığı xəbərdə belə deyilir. Bəzi həbsxana əməkdaşları isə hətta namaz qılıb-oruc tutanlara açıqca istehza edir, onları ələ salırlar.Ancaq Dallas dairə həbsxanasında vəziyyət başqa cürdür.  Dallas News qəzeti yazır ki,  həmin tümənin məhbusları Luay Layla və Nelson Ernandes səhər 4.30-da oyanır, halal sosislər və qayğanaqla imsak edib  sübh namazlarını qıldıqdan sonra yenidən yatırlar. Günorta qalxıb  zöhr namazlarını da qılan müsəlman dustaqlar şam namazını və iftarı gözləyirlər. Axşam nəzarətçilər onlara günortadan saxlanan xörəklərini iftar üçün gətirirlər.Dallas türməsində özünü müsəlman hesab edən hər bir  məhbus  cümə namazında da iştirak edə bilər. Mütəmadi olaraq imamlarla görüş keçirilir. Onlar namazları idarə etməklə yanaşı, dustaqları maraqlandıran suallara da cavab verirlər.  Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler