Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Amerika Rusiyadan bu silaha göre qorxur?- FOTO

08 Ekim 2016

12:32 pm


08/10/2016 [16:31]: xeber –
sayt -ın  xarici KİV-ə istinadla yazdığına görə, Qərb mediasında Rusiyanın bütöv bir ölkəni bir neçə saniyə ərzində  məhv edə biləcək  yeni silahı barədə  xəbərlər yayılıb.  Bu,  ağır  qitələrarası “RS-28 “ -Sarmat” raketidir.  Tezliklə həmin raket  sınaqdan çıxarılacaq və  rəsmi olaraq  Rusiya ordusunun silahları sırasına daxil ediləcək.  Avropa nəşrlərinin iddialarına görə,  Qərbin Raketdən Müdafiə Sistemləri (RMS)  “Sarmat”ın qarşısını almaq iqtidarında deyil.  Odur ki, bu  dəhşətli silah Qərb ölkələrinin,  o cümlədən ABŞ  hərbi rəhbərliyinin ürəyinə dərin xof salıb. Hələki NATO tərəfindən sözügedən silahla bağlı  rəsmi bəyanat verilməyib. Xəbərdə qeyd edilir ki, “RS-28” -“Sarmat” ballistik raketləri bir neçə il öncə ölkə prezidenti V.Putinin göstərişi ilə köhnəlmiş “R-36M” raketlərini əvəzləmək üçün hazırlanmağa başlayıb.  Dəhşətli silahın çəkisi 170-210 tondur.  “Sarmat” raket kompleksi  RMS-lərdən qorunmaq üçün güclü müdafiə sistemlərinə də malikdir.O da maraqlıdır ki, “İsgəndər” raketləri kimi “RS-28”-lərin də “ləqəbi” türkmənşəlidir. Sarmatlar qədimdə Qara dəniz, Xəxər dənizi ətrafında, o cümlədən Güney Azərbaycan ərazisində yaşamış türksoylu skiflərə yaxın olan döyüşkən, atlı tayfalar kimi tanınırlar. Bu günədək Kuban və Don kazakları ən yaxşı atlarına “Sarmat” adı qoyurlar… Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler