Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AMEA Yüksek Texnologiyalar Parkı yaradıldı

08 Kasım 2016

2:52 pm


08/11/2016 [18:50]: xeber –
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında sərəncam imzalayıb. sayt-ın məlumatına görə, “YT Park” innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası “YT Park”ın ərazisində xarici və daxili infrastrukturun yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməlidir.  “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində “AMEA Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq. Nazirlər Kabinetinə “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 622-ci küçədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunun torpaq sahəsinin, onu icarəyə vermək hüququ ilə, Cəmiyyətin istifadəsinə verilməsini iki ay müddətində təmin etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək, habelə “YT Park”da istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi mexanizminə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler