Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

AMEA-da alman ve fransız dillerinden doktorluq imtahanları keçirilib – FOTO

Genel 17 Haziran 2016

4:00 pm


17/06/2016 [19:58]: xeber –
İyunun 16-ı, 17-də AMEA-nın doktorant və dissertantları üçün alman və fransız dillərindən doktorluq imtahanları keçirilib.Əvvəlcə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış imtahan komissiyasının üzvlərini imtahan iştirakçılarına təqdim edib. Bildirib ki, 2 gün davam edəcək imtahan tam obyektiv şəkildə təşkil olunacaq. Komissiyanın üzvlərinin peşəkar, təcrübəli pedaqoqlardan ibarət olduğunu söyləyən idarə rəisi bildirib ki, imtahanlar xarici dildən doktorluq minimumu üzrə qoyulmuş tələblərə ciddi riayət edilməklə keçiriləcək. Nəticələr isə iştirakçının elektron ünvanına göndəriləcək.İngilis dili və ixtisas fənləri üzrə imtahanların artıq başa çatdığını qeyd edən Ə.Sadıqov iyunun 20-i və 22-də ümumi fəlsəfə fənnindən imtahanın baş tutacağını söyləyib. Ə.Sadıqov ingilis dili imtahanının akademik IELTS poqramı üzrə keçirildiyini və uğurlu nəticələrin əldə edildiyini vurğulayıb. Bildirilib ki, AMEA-nın prezidenti  imtahan sessiyasının gedişinə şəxsən nəzarət edir. İmtahanların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə onun tərəfindən AMEA-nın müvafiq strukturlarına xüsusi tapşırıqlar verilib.Sonra komissiyanın üzvləri iştirakçıları imtahanın tələbləri ilə tanış edib və lazımi tövsiyələrini veriblər. İxtisasa aid mətnlərin tərcüməsinə və şifahi nitqin yoxlanılmasına xüsusi diqqət yetiriləcəyi qeyd edilib.Daha sonra imtahana start verilib. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler