Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Altmiş altı övliya” ziyaretgahı – Duaların eşidildiyi mekan…

27 Eylül 2016

7:16 pm


27/09/2016 [23:14]: xeber –
“Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan)  bir bitki kimi göyərtdi”.  “Nuh” surəsi, 17-ci ayə.“Altmiş altı övliya” adı ilə tanınan müqəddəs ziyarətgah Quba rayonunun Pir Vahid kəndində yerləşir. Qəbir daşlarındakı yazılardan aydın olur ki, orta əsrlərdə burada sufiliyin Xəlvətiyyə qoluna mənsub şeyxlər fəaliyyət göstərmiş, onlar öz həyatlarını İslam dininin yayılmasına həsr etdiklərindən, övliyalıq məqamına yüksəlmişlər. Odur ki, yerli əhali onların şərif məzarlarını zaman-zaman ziyarət edərək, ruhlarına dular oxuyurlar. Məzarlıqdakı 66 övliyadan biri olan Şeyx Oqtayın başdaşında yazılıb:“Möcüzələr yaradan Əlini çağır. Sən onda bəlalardan xilaskarını taparsan. Sənin vasitəçiliyinlə bütün kədər və qüssələr keçib gedər. Ya Əli! Ya Əli! Ya Əli!Ya Allah! Sənin itaət etməyən qulun günahlarını boynuna alaraq Sənin qarşında dayanmışdır. Səni çağırır. Əgər bağışlasan Sən buna qadirsən, əgər rədd etsən – Səndən başqa bağışlayan ki, yoxdur, Ya Allah! Məhəmməd Mustafa! Allahın ona salamı olsun.Bu qəbir Şeyx Aslanın oğlu Şeyx Oqtayındır”.1047 hicri = 1637/38 miladi Məzarlıqdakı müqəddəs qəbirlərdən biri Pir Vahidin nəvəsi, Şeyx Məhəmmədin oğlu Şeyx Səfinindir. Onun məzar daşındakı yazı Quranın “İnək” surəsinin 256-cı ayəsi ilə başlayır:“Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı) inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!Dünya bir saatlıqdır, onu itaətlə keçirməyə çalışın. Şeyx Səfi b. Şeyx Məhəmməd b. Pir Vahid”. 1054 hicri = 1644/45Həmin başdaşında bir kuplet də şeir həkk olunmuşdur:Bir cavan nazəninin məskənidir bu məzar,Eyləmiş nazik tənin xakilə yeksən ruzigar.Arzum budur duayi xeyir qılmış ola,Hər kim bura etsə güzar.Pir Vahid qəbiristanlığındakı 66 övliyadan daha birinin başdaşında yazılıb:“Bu qəbir rəhmətlik Maşallahın oğlu rəhmətlik, bağışlanmış Əhmədindir”.1216 hicri = 1801/02 Yazıdakı bağışlanmış sözündən məlum olur ki, qəbirdə dəfn olunan övliyadır.Ziyarətgahdakı digər bir şərif məzarın başdaşında yazılıb:“Bu, qazi Məhəmmədin qəbridir”.1217 hicri = 1802/03 “Altmış altı övliya” ziyarətgahında olarkən bu övliyaların kəramətindən faydalanan bir çox ziyarətçilərlə söhbət etdim.  Burada tanış olduğum ailələrdən biri də Birinci Nügədi kənd sakinləri Mirzəyev Çingiz Ağabala oğlu və onun həyat yoldaşıdır. Bu ailə də pirin daimi ziyarətçilərindəndir. Çingiz bəyin həyat yoldaşı söhbət edir ki, evləndiklərindən beş il sonra övladları olub. Bu müddətdə bura tez-tez ziyarətə gəlib, dualar ediblər. Nəhayət, arzuları hasil olub:- Buradakı övliyalara çox böyük inamımız var. Odur ki, ailəlikcə tez-tez ziyarətə gəlirik. Yaşadığımız Nügədi kəndinin beşinci məhləsində “Övlad piri” deyilən bir ocaq var. Orada da övladla bağlı niyyətlər hasil olur. Həmişə istəyirdim ki, ora gedib övladla bağlı niyyət tutum. Amma nədənsə həmişə bunu sonraya saxlayırdım. Bir gün yuxuda gördüm həmin pirdəyəm, tütyə içirəm, tütyənin torpağı ağzıma, boğazıma, sinəmə yapışıb. Bu vaxt yuxudan ayıldım, amma ayıq olmağıma baxmayaraq ağzımda, boğaz və sinəmdə çoxlu torpaq olduğunu hiss etdim. Bir az udqunandan, su içəndən sonra ağzım təmizləndi. Səhər durub qonşuluğumuzdakı həmin pirə getdim. Oranın xidmətçisi Həzrə xala pirin torpağından suya qarışdırıb,  tütyə düzəldib mənə içirtdi. Tütyəni içərkən yuxuda necə olmuşdumsa elə oldum: torpaq ağzıma, boğazıma, sinəmə yapışıb qaldı. Xeyli su içəndən sonra ağzım təmizləndi. Ziyarətdən qayıdandan bir müddət sonra hamilə qaldım və oğlum Murad dünyaya gəldi. İndi onun 14 yaşı var. Sonrakı illərdə daha iki övladım dünyaya gəldi. Müsahibim danışdıqca yadıma “Quran”ın “İmran ailəsi” surəsinin 37-ci ayəsi düşdü. Hansı ki, həmin ayədə Məryəm torpaqdan yaranmış bitkiyə (fidana) bənzədilir:  “Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü…”  Paşa Yaqub – tədqiqatçı-yazıçı.Müəllifin arxivi: moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler