Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Almaz Əlesgerli:”Qızımın şekline pis-pis şeyler yazdılar, sonra …”

27 Ekim 2016

8:48 am


27/10/2016 [12:47]: xeber –
“Onlarla başqa cür də danışa bilərdim, qulaqardına vurdum””Mənə nə deyilir deyilsin, amma balalarım haqda nəsə deyilməsin”ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan əməkdar artist Almaz Ələsgərli maraqlı açıqlamalar verib.Sevilən ifaçı mediada gec-gec görünməsinin səbəbini belə açıqlayıb:”Bəzi insanlar var ki, birinin üstünə beşini qoyub danışırlar. Qəşəng bəzəyir, üstünü kremləyir, onu təqdim edirlər. Belə şeyləri götürmürəm, mənə pis təsir edir. Ona görə də uzaq gəzirəm. Başımı aşağı salıb sənətimlə məşğul oluram. Çalışıram ki, müsahibə də verməyim. Hansısa sözümü götürüb şişirdilmiş formada təqdim edirlər. Öz-özümə deyirəm ki, ay Almaz, sakit ol, fikir vermə. Artıq fikir də vermirəm, nə istəyirlər yazsınlar. Yazılanlara da cavab verməməyə çalışıram”. Tanınmış müğənni bəzi jurnalistlər haqda sərt danışıb:”Bu yaxınlarda mənim qızımın şəklindən istifadə etdilər. İstəyirdilər ki, mən dinlənim, nəsə deyim. Həmişə mən demişəm ki, mənə nə deyilir deyilsin, amma balalarım haqda nəsə deyilməsin. Saytların birində qızımın şəklini qoyublar və pis-pis şeylər yazıblar. Mən ona əhəmiyyət vermədim, qulaqardına vurdum. Mən onları məhkəməyə də verə bilərdim. Onlarla başqa cür də danışa bilərdim. Belə bir cümlə işlətdim ki, mən onları məhkəməyə verəcəm. Onlar bunu eşitdilər və yazdılar ki, Almaz xanım bu haqda danışmaqdan imtina etdi. Söhbəti fırlatdılar öz xeyirlərinə. Yalan söhbətlər ortada qalmır, yaddan çıxıb gedir”. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler