Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Almaniyada “Mehemmed Əmin Resulzade adına teqaüd proqramı” tesis edildi

02 Ağustos 2016

3:32 pm


02/08/2016 [19:28]: xeber –
Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi (ATEİB, red. almanca VASW) Azərbaycan Demokratik Respublikasının banisi M.Ə.Rəsulzadənin adını daşıyan təqaüd proqramının təsisatına başlayıb.sayt xəbər verir ki,  “Məhəmməd Əmin Rəsulzadə adına təqaüd proqramı” çərçivəsində il ərzində 2 – 4 arası Azərbaycandan olan imkansız gəncin Almaniyada pulsuz təcrübə keçməsi nəzərdə tutulur. Təqaüdün müəyyən hissəsinin təşkilat tərəfindən yığılan ianələr hesabına, digər qisminin isə təcrübə keçiləcək firma tərəfindən ödənilməsi planlaşdırılır. Təcrübə müddəti hər bir təqaüdçü üçün 2 – 3 ay çəkəcəkdir. Tərcübə yerini cəmiyyət araşdırıb tapacaqdır, lakin təqaüdə müraciət edən şəxslərin özləri də müəyyən tərcübə yeri tapılmasında yaxından iştirak edə bilərlər. Təqaüdçülərin seçimi təşkilatıntərkibində qurulmuş müstəqil attestasiya komisiyası tərəfindən aparılacaq.Lakin ATEİB qeyri-hökümət təşkilatı olduğundan öz üzvlərinin aylıq ödənişi və ianələri hesabına maliyyələşir. Bu səbəbdənbüdcəsi layihəni rallaşdırmaq üçün kifayət qədər böyük deyil. Odur ki, təşkilat rəhbərliyigənclərə dəstək olmaq məqsədi ilə ianə toplanması üçün kampaniya başladıb. Belə ki,hər bir həmvətənlimizin bu layihənin həyata keçirilməsində ianə ödəməkləyaxından iştirak etməsi arzu edilir.ArtıqAlmaniyada 10 ilə yaxın bir vaxtdır fəaliyyət göstərən ən böyük aktiv Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi ianələrin köçürülməsi, eləcə də xərclənməsi barədə tam şəffaflıq olacağına təminat verir. İanələrin toplanması və gedişatı barədə təşkilatın Facebook səhifəsində və saytında vaxtaşırı məlumat yerləşdiriləcəkdir. Bundan başqa, ianə ödəyən şəxslərə bu barədə lazımı sənəd veriləcəkdir ki, onlar vergi bəyannaməsində bunu əlavə xərc kimi göstərməklədövlətdən güzəşt əldə edə bilsinlər.“Məhəmməd Əmin Rəsulzadə adına təqaüd proqramı”nın reallaşması üçün maddi kömək etmək istəyənlər ianələrini təşkilatın bank hesabına müvafiq qaydada köçürə bilərlər:Bank:                                       Deutsche BankIBAN:                                     DE74 8707 0024 0221 2033 00SWIFT (BIC):                         DEUTDEDBCHEHesab sahibi:                          VASW e.V.Köçürmə məqsədi:                 MER StipendienprogrammAvropadan başqa Türkiyə, Rusiyada və digər ölkələrdə yaşayan Azərbaycanlıların da ianə kampaniyasına qoşulmaları arzuolunandır. Suallarınız və bilmək istədiyiniz məsələlər barədə təşkilatın idarə heyətinə Facebook və ya E-Mail ünvanına müraciət edə bilərsiniz.www.vasw.de[email protected]/* */https://www.facebook.com/vasw.deQeyd edək ki, ATEİB (red. almanca VASW) Azərbaycanlıların Almaniyada rəsmi qeydiyyatdan keçmiş ən böyük qeyri-hökumət təşkilatıdır və yalnız üzvlərinin ianələri hesabına fəaliyyətini artıq 10 ilə yaxındır ki, davam etdirir. “Məhəmməd Əmin Rəsulzadə adına təqaüd proqramı” ATEİB-in hazırda ən böyük layihələrindən biridir. Bundan başqa alman dilli elmi ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi layihəsi də paralel olaraq həyata keçirilməkdədir. Məhsəti Quluzadə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler