Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Allahın dergahında duası qebul olunacaq üç nefer

30 Eylül 2016

1:28 pm


30/09/2016 [17:27]: xeber –
sayt xəbər verir ki, Türkiyənin tanınmış ilahiyyatcısı, professor Nihat Hatipoğlu Allah dərgahında duası qəbul olunacaq 3 nəfərin kimliyini açıqlayıb. Allahın dərgahında duası geri qaytarılmayacaq şəxslər barədə hədislər danışan professor duası məqbul olacaq üç nəfər haqqında bunları danışıb: 1. Atanın (övladına) duası. Atanın övladına duası peyğəmbərin ümmətinə duası kimidir.2. Qonağın duası.3. Məzlumun duası (Əbu Bəkr, Birr, 7/1905)”.Nihat Hatipoğlu daha sonra peyğəmbərin hədislərindən misal çəkib: – Sünnetimdən ayrılan məndən deyil. (Müslim, Buxari) – Günahından ötrü narahat olmuş insanı Allah bağışlayar. Məğfirət arzulamamış olsa belə (çünki onun qorxusu və peşmançılığı tövbə sayılır). – Məzarımı ziyarət edənə şəfaət və şahid olacağam. – Kim qardaşının namusunu (səhvini) bağlayarsa, Allah da axirətdə onun iffətini (namusunu) bağlayır. – Kim həqiqi bir səcdəylə Allaha səcdə etsə, birdən qurtulmuş olur. – Kim Allahdan razı olarsa, Allah da ondan razı olar. – Kim yoldan bir daşı qaldırarsa, ona bir yaxşılıq yazılar. – Kim bir müsəlmanı kafirlikdə ittiham edərsə, onu öldürmüş kimidir. (Buxari, Əhməd bin Əbi) – Kim ehtiyacı olmadığı halda istəsə, oddan bir köz yemiş kimidir. – Kim Allah və Rəsulu tərəfindən sevilmək istəyirsə, Quranı Kərimi oxusun. – Kim Uca Allaha razı olaraq gəlmək istəyirsə, mənə bol salavat gətirsin. – Kim bir mömini sevindirsə, Uca Allahı sevindirmiş olur. – Kim dünyada içki içsə, axirətə susuz olaraq gələcəkdir. – Pislər həyatda xoşbəxt ola bilərmi? Pislərin görünən xoşbəxtlikləri və rahatlıqları onların məhvi deməkdir. Uca Allah ayələrini inkar edənləri dərəcə dərəcə məhvə, yox olmağa sürükləyir. İbrət alıb da özlərinə gələnlər bəlkə xilas olurlar. Ayə belə buyurur: “Ayələrimizi yalan hesab edənləri heç bilməyəcəkləri yerdən yavaş-yavaş məhvə aparacağıq”. (Araf,182)Hazırladı: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler