Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Allaha şek getiren emekdar artistin ağzı eyildi – OLAY

04 Ağustos 2016

7:12 pm


04/08/2016 [23:11]: xeber –
sayt saytına respublikanın əməkdar artisti Məcnun Hacıbəyov haqqında illər öncə baş vermiş hadisə ilə bağlı ilginc məlumat daxil olub. Belə ki, orta məktəbdə əməkdar artistlə bir sinifdə oxuyan Quba rayonunun Nüğədi kəndinin 76 yaşlı  sakini Mürşidov Əhmədağa Mürşid oğlu əməkdaşımıza şahidi olduğu heyrətamiz bir  əhvalatı danışıb. Oxucuların  marağına səbəb olacağını nəzərə alıb, həmin əhvalatı diqqətinizə çatdırırıq:”Orta məktəbdə oxuyurduq, indi respubilkanın əmakdar artisti olan Məcnun Hacıbəyov da bizimlə bir sinifdə oxuyurdu. Tənəffüs vaxtı məktəbin eyvanında müəllimlərdən biri ilə söhbət edirdik. Söhbətin mövzusu Allahın varlığı idi. Bu vaxt hündür eyvandan sallanan Məcnun diskusiyaya qoşularaq, dedi ki, Allah yoxdur, varsa niyə mənə heç nə eləmir? Elə belə demişdi ki, əli eyvanın qırağından çıxdı və başı aşağı yerə dəydi. Yaxınlaşıb gördük çənəsi çıxıb, ağzı əyilib… Atası Salam kişi Məcnunu Seyid Cəlaləddinin ziyarətinə apardı. Övliya uşağın sifətinə əlini çəkən kimi çənəsi yerinə qayıtdı və ağzı düzəldi”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler