Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Allaha edeceyimiz dualar vetenimizin bütövleşmesi üçün yardımçı olacaq”

09 Eylül 2016

12:12 pm


09/09/2016 [16:09]: xeber –
KXCP sədri İ Mirmahmud  Mirəlioğlu müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.Təbrikdə deyilir :“Əziz həmvətənlər, dəyərli müsəlmanlar!Müqəddəs Qurban Bayramı münasibəti ilə sizləri – bütün müsəlman bacı və qardaşlarımızı, əziz xalqımızı təbrik edirəm!Milli və Dini Bayramlarımıza uzun illər yasaqlar qoyulsa da, bu müqəddəs bayramları xalqımızın yaddaşından silmək mümkün olmadı. Əsrlərlə davam edən bu bayram, müsəlmanların uca Yaradan qarşısında müqəddəs borclarını yerinə yetirmələrinin və öz tarixi ənənələrinə sadiq olmalarının gözəl nümunəsidir.Təəssüflər olsun ki, Qurban Bayramını Bütöv Azərbaycanıntorpaqlarında birlikdə qeyd etmək hələdə, bizlərə nəsib olmur. İnanırıq ki, bu çətinliklər dövründə qeyd etdiyimiz müqəddəs gündə – Allaha edəcəyimiz dualar vətənimizin bütövləşməsi, millətimizin birliyi, dövlətimizin güclənməsi, xalqımızın firavanlığı, vətəndaşlarımızın azad və demokratik cəmiyyətdə yaşaması üçün yardımçı olacaqdır!Xalqımızın iradəsi ilə bu müqəddəs bayramın Bütöv Azərbaycan ərazilərində qeyd olunacağı gün çox da, uzaqda deyil. Bu inancla Müqəddəs Qurban Bayramı münasibəti ilə Sizləri bir daha təbrik edirəm. Millətimiz və Ümmətimiz adına etdiyiniz dualarınızın və kəsdiyiniz qurbanlarınızın qəbul olması üçün Uca Yaradana dua edirəm.Dualarınız qəbul olsun!Allah yardımçınız olsun!”09 sentyabr 2016-cı il. Bakı şəhəri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler