Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Allah yoxdur” deyen ateist özü de bilmeden Allahı zikr edir” -MÜSAHİBƏ

15 Temmuz 2016
ekindex
11:56 am


15/07/2016 [15:52]: xeber –
Son zamanlar sosial şəbəkələrdə insanların dini inancını aşağılamaq meyilləri sürətlə artmaqdadır. Bunun cəmiyyətdə az-çox tanınan şəxslər tərəfindən həyata keçirilməsi isə problemi daha da dərinləşdirir. Təbii ki, hər bir insan öz inanc və fikirlərində azaddır. Lakin bu azadlığı başqasının inanc sistemini aşağılamaq səviyyəsinə gətirmək isə yolverilməzdir.sayt İslamın batini yönlərini, həqiqət, İlahi mahiyyət fenomenlərini azacıq da olsa çatdırmaq üçün araşdırmaçı jurnalist Rəsul Mirhəşimli ilə müsahibəni təqdim edir:-Rəsul bəy, media və sosial şəbəkədə bir qrup insanlar son zamanlar həqiqət anlayışını, İlahi mahiyyət fenomenini bir kənara qoyub, xurafatı əsl İslam kimi dəyərləndirir və tənqid edirlər. Bu yarımçıq mülahizələr cəmiyyətdə nə qədər çaşqınlıq yarada bilər?- Allah-Təala buyurur: “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4). Allahın yaratdığı heç bir şeydə qüsur olmaz. Mömin, müsəlman Allahı sevərək, Onu tanıyaraq zikr edir. Bu hikmətdəki gözəlliyi bəyan edən ən müstəsna cəhət odur ki, münkir (inkar edən), müşrik (şərik qoşan), münafiq (nifaq salan) belə, Allahı zikr edər. İnkar etsə, şərik qoşsa da dilinə Allahın adını gətirər. “Allah yoxdur” deyən ateist özü də bilmədən Allahı zikr edir. Ən gözəl biçimdə yaradılışın hikməti də budur.Bu hikməti göz önünə alın, bütün yaradılmışlara Allahın bir gözəl əsəri kimi nəzər edin. Zahirdə bu gözəllik görünməzsə belə, fitrətdəki gözəlliyə baxın. Çünki O “insanı ən gözəl biçimdə yaratdı!”İnsanların münasibəti dinin mahiyyətini dəyişmir. Allah qatında doğru din İslamdır, buyurur Rəbbimiz. Allah Rəsuluna (s) Quranı nazil edib və bu Kitabın hökm və hikmətlərini də Qiyamətədək var edəcək.Bəzi insanlar dinin mahiyyətini bir kənara qoyub, hansısa müsəlmanın davranışını din kimi təqdim edir. Bir çox hallarda dinə qarşı hücumların kökündə İslam dini haqqında biliklərə sahib olmayanların düşüncələrində üzə çıxır. Son zamanlar dinə hücum edənlərin düşüncələrindəki diletantlıq başqa bir tərəfdən adamın öz sahəsi barədə yetərli biliklərin olmadığını nümayiş etdirir. Belə görünür ki, indi ən asan iş elə dinə və müsəlmanlara hücumlardan ibarətdir.-Ümumiyyətlə, İlahi mahiyyət, həqiqət və dinin nə olduğundan danışaq? Məsələn, həqiqətlə din arasında nə kimi fərqlər var?- Ümumi baxışlarda din və həqiqət arasında fərq yoxdur. Amma bu məsələnin mütləq mahiyyətini araşdırmaq iddiasına düşsək, din Allahın peyğəmbərləri vasitəsilə insanlara göndərdiyi düşüncə və həyat tərzi, həqiqət isə mütləq gerçəklikdi. Dini hər kəs bir cür anlaya bilər, lakin həqiqətin mahiyyəti dəyişməzdir. Hər kəsin öz həqiqəti olsa belə, mütləq həqiqət Yaradanla başlayıb, Yaradanda da bitər. Həqiqət Allahın Özünü təcəlla etdiyi hər şeydədir.İnsanların isə dini dünyagörüşü və qulluq, ibadət anlayışı fərqlidir. Qul, Aşiq və Tacir ibadətlərinə bölür ariflər bu qulluq anlayışını. Ticarət dünya malının alınıb-satılmasıdır. İbadətini ticarətə çevirən abidlər bütün mənalarda qınanılır. İbadət insana Allahdan başqasına qul olmamağın hikmətini öyrədir ki, əbd, (qul) olan ibadətini – qulluğunu ticarətə çevirməz.Ticarət ifadəsinin bir təsəvvüf anlamı da var. Burada isə məna tamam başqadır. “Ariflərin anlamında ticarət dünya malı ilə deyil, qəlb aləmində Haqqın müşahidəsi ilə ölçülür. Burada söhbət mənəvi dəyərlərdən gedir. Aşiqlər isə öz nağd olan canını verib, Haqqın vüsalını alarlar. Kəsrət aləmi də bir növ ilahi nurların təcəlli etdiyi bazardır. Ariflərin mənfəəti və zərəri də qızıl-gümüşlə deyil, batini saflıq dərəcəsi ilə ölçülür” (“Fərhəngi-lüğat və istilahat və təbirati-irfani”, Doktor Seyyid Cəfər Səccadi; “Fərhəngi-Nurbəxş”, Doktor Cavad Nurbəxş).Bir ilahidə bu məna belə ifadə edilir: “Eşqin bazarında canlar satılar, Sataram canımı alan bulunmaz…”-Mən İslam fəlsəfəsini dərk etməyib, onu aşağılayan insanlara izah etmək üçün sizə bu istiqamətdə bir neçə sual verəcəyəm. Lakin əvvəlcə İslamın, Qurani-Kərimin hamı tərəfindən dərk olunmayan batin qatından azacıq da olsa danışaq: Allahda yaşayıb, Allahda itməyin düsturunu necə verə bilərsiniz?- Təsəvvüf dünyagörüşünün ilk şəhidi Mənsur Həllacın yaşadığı çevrədə belə bir mövzu dartışması aparılır. Sual belə idi: “Qiyamət günü Allah insanlardan nəyi soruşacaq, nəyin hesabını çəkəcək?” Hər kəs öz anlayışı ilə sualı cavablandırır. Söhbəti dinləyən Allah dostu Şibli Bağdadi bu suala belə cavab verir: “Qiyamət günü Allah soruşacaq ki, Mən sizin yanınızda idim, siz kimin yanındaydız?”Allahla yaşayıb, Allahda yaşamaqla Allahda itmirlər. Bəzi sufilərin qəlbi bir təcəlla ilə aşıb daşır, bu təcəlladan məst olub, “Cübbətül sivallah” (“Cübbəmin altında Allahdan başqası yoxdur”), deyir, bəzi ariflər isə hər təcəllanı növbəti mərhələyə keçid bilir. Amma bütün irfan sahibləri bir şəxslə müqayisədə çox kiçik qalırlar. Bu da Allah Rəsuludu (s). Allah Rəsulu (s) hər gün yetmiş məqamı adlayıb, hər yeni məqamda özündən əvvəlki olanlara istiğfar edirdi. Çünki bu lütf peyğəmbərinə Allahdan verilmişdi və Rəbbimiz bunu belə bəyan edir: “(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?!” (“Şərh” surəsi, ayə 1).- Makrokosmosla mikromosmos yəni, insanla kainat arasındakı münasibətlərdən danışaq. Onlar arasındakı qarşılıqlı əlaqə insanda hansı dəyişiklik yaradır?- İnsan kainatdan ayrı deyil. Başqa sözlə, kainat elə insanın özündədi. İmadəddin Nəsimi yazırdı ki, “Hər nə yerdə, göydə var Adəmdə var. Hər nə ayda, ildə var Adəmdə var”.Kainatda dəyişikliklər olduğu kimi, insanda da olur. Yəni insanın da qasırğası, tufanı, leysanı var. İnsanın davranış və hərəkətləri başqalarına rahatlıq və problemlər yarada bilər. Torpaqdan cücərən bitki yağışla, qulluqla boy atar, insanın söylədiyi bir söz başqasını zirvəyə qaldırar, ya da dünyadan bezdirər. Kainatda var olan insan, başqa şəkildə özündə bir kainat daşıya bilər.- İnsan özünə, yaxud, evinə gedən yollarda niyə azır?- İnsan bəzən özünə gedənin yolunu bilmir, bəzən o yolu tapmaq insana çətin olur. Bu yolu axtaran insan mütləq onu tapacaq. Özünə gedən, evinə aparan yolu bulacaq. Bir çox hallarda bu yolu dərk etməkdə ağıl acizdi. Aşiq onun üçün aşiqdir ki, ağlını kənara qoyub. Eşqə gedən yolu ağılla tapmaq olmaz. İlahi eşqə mübtəla olmaq yola girməklə başlayar. Bu yola təkbaşına girmək mümkün deyil. Yolçunu irşad edən Mürşidə ehtiyac hər zaman var. Bu yola girməyin şərtlərindən ən əsası başını verməkdir. Başını verə bilməyən mürid deyil. Baş vermək anlayışı Eşqə gedən yolda ağıldan imtina etməkdir. Yola girib, Mürşidini tapan kəs özünə və evinə gedən yolu heç bir halda itirməz.-Cəmiyyətdəki əksər ateistlər həqiqətənmi, özlərini hamıdan bilikli göstərmək məcburiyyətindədirlər?- Zənnimcə, istənilən insanın fikirlərinə dözümlü yanaşmaq lazımdır. Bu sözü deyən ateist olsun, ya inanclı insan – hər kəs o birini dediklərini anlayışla qarşılamağı bacarmalıdır. Bu anlayışın dərəcəsi isə, dini və inancı təhqirə bəhanə verməli deyil. Dindar ateistin inanmamasına dözümlü yanaşmalı, ateist də kiminsə inancını hədəf seçməməlidi. Allahımız bizə “Sizin inandıqlarınız sizə, mənim dinim də mənədir!” (“Kafirun”surəsi, ayə 6) hikmətini öyrədir.-İslama, xüsusən də Qurani-Kərimə zidd deyilən fikir cəmiyyətdə niyə bu qədər rezonansla qarşılanır?- Biri başqa bir insanın ailə üzvlərini, əzizlərini təhqir etsə, həmin şəxs bunu dözümlü qarşılamayacaq. Nəzərə alsaq ki, inanclı insan üçün dini, peyğəmbəri ailə üzvlərindən, valideynlərindən də əzizdir, o zaman bəzi insanlar dediklərinin məsuliyyətini anlamalıdır.Bir məsələyə də münasibət bildirməyi gərəkli bilirəm. Bu da ateist düşüncədən daha çox ətrafa aqressiya püskürən “din” anlayışıdı. Bəzilərinin düşüncəsində müsəlman olmağın əsasında əhli-sünnənin şiələrə nifrəti, yaxud əksi dayanır. Bu siyasi ideologiya, mayasında ingilis siyasəti daşıyan ərəb (əməvi) və fars əxlaqı ilə yoğrulmuş dünyagörüşü insanların beyninə yeritmək üçün dəridən-qabıqdan çıxır. Hədəf seçdikləri siyasətin ilk planında insanların düşüncəsindən vətən anlayışını silmək, zombiləşmiş nəsil yetişdirmək, bu ölkə üçün gələcək qarşıdurmaya təməl hazırlamaqdı. Zənnimcə, bizə cəmiyyət olaraq gərəkli olan milli kimliyi olan dindar anlayışıdı.- Biz onları azad cəmiyyətin vətəndaşları kimi adi qəbul edə bilmərik?- İstənilən insanın söylədiyi fikri adi qəbul etmək olar. Amma bu sözü söyləyən də nəyi söylədiyinin məsuliyyətini anlasın və etika qaydalarını tapdamasın. Azadlıqla bağlı bir məşhur fikir var: “Azadlıq o demək deyil ki, mən nə bilsəm, edə bilərəm. Azadlıq odur ki, sən mənə heç nə edə bilməzsən”.-Sonuncu sualım-biz niyə həqiqət haqqında bu qədər asanlıqla danışa bilirik? Niyə hamı düşünür ki, onun barəsində danışmaq iqtidarındadır?- Bəzən danışanlara elə gəlir ki, həqiqətdən danışırlar. Əslində, dedikləri öz həqiqətləridir. Hər kəsin həqiqəti mütləq Həqiqətdən ya ayrıdı, ya da Ondan təcəlladı. Gəlin, bir qədər müqayisə edək bu mövzunu. Kimsə Allah Rəsulunu (s) Yaradanın tərif etdiyi şəkildə tərif edə bilməyəcək. Lakin elə sözlər var ki, rast gələn kimi dərk edirsən, bunlar ilahi ilhamdan bir zərrədir. Bu mənada Azərbaycanın dahi şairi Məhəmməd Füzuli yazır:Mən ləbin müştaqiyəm, zöhhad Cənnət talibi, Nitekim, məstə mey içmək xoş gələr, huşyarə su.Aydındır ki, Füzuli bu şeirində Allah Rəsulunu (s) vəsf edir. “Şairin demək istədikləri budur ki, Aşiq Allah Rəsulunun (s) dodağından süzülən, dilindən çıxan hər sözü Allahın sözü bilir.Bu sözlər ya Allahın Hz.Cəbarillə (ə) Rəsuluna (s) nazil etdikləri, ya da Rəsulunun (s) Allahdan ilham alaraq buyurduqlarıdır. Bunların mahiyyətinə uyğun Allah Rəsulunun (s) dilindən çıxan hər söz ayə, hökm, hikmət, hədis olur. Füzuli Allah Rəsulunun (s) söylədiklərinə aşiq olduğunu, zahidin isə Cənnət istədiyini dilə gətirir. Aşiq məşuqunun eşqindən məst olduqca ona mey, ayıq olana isə su içmək xoş gələcək. Bu eşqdən məst olan Aşiq o məstlikdən ayılmaq istəməz.Burda ləb, zöhhad (zahid), mey, məst ifadələri həqiqi mənada işlənən kəlmələr deyil, məcaz təşkil edir. Sözün bir şeirdə simvola çevrilməsi mövcud olan başqa bir hikmətin açarı rolunu oynayır. Əgər bu şeir barədə izah verən müəllifin yazdıqlarının doğruluğuna inansaq, ləbin (dodağın) aşiqi kimi görünüb aşiq olduğun obyektə mənsubluğun yalnış istiqamətə yönəlməsinin şahidi olarıq. Fikrimizi əsaslandırmaq üçün yuxarıda adlarını çəkdiyimiz kəlmələrin rəmz və simvol olaraq anlamlarını araşdırmağa çalışaq. “Ləb” farsca “dodaq” mənasındadır. Bu sözün lüğəvi izahıdır. Həmin kəlməni təsəvvüf ədəbiyyatındakı simvol və ya rəmz olaraq izah etsək, onda başqa məna ortaya çıxacaq. Bu yerdə “ləb” mələk vasitəsilə Peyğəmbərə (s), qəlb tövsiyyəsi ilə vəlilərə enib gələn söz mənasını verir. İdrak edilməsi və hiss edilməsi şərtiylə vasitəçisiz gələn söz, sevgilinin dedikləri mənası ilə başa düşülməlidir. Zöhd anlayışı isə pəhrizkarlıq, dinin qadağan etdiyi şeylərdən çəkinmə, vaxtını ibadətdə keçirmə, tərki-dünyalıq anlamındadır. Sonda sözü keçən tərki-dünyalıq anlayışı dünyadan çıxmaq mənasını vermir. Sözü bu mənada anlamaq Qurani-Kərim hikməti ilə ziddiyət təşkil edər. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın” (ər-Rəhman surəsi, ayə 33).Qurani-Kərimin bu ayəsinə işarə edən Seyid Əbülqasim Nəbati şeirlərinin birində belə yazır:Dərdi-hicran çarəsin hərçənd bildim, səbr imiş,Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox.Bu qədər danışmağın sonunda özüm üçün gəldiyim nəticə belədi. Bu danışdıqlarım kimlərəsə mübahisə üçün əlavə imkanlar açacaq.Mübahisə yaradan fikirlər isə həqiqətdən daha çox bir insana aid olan düşüncələrdi. Həqiqəti anlayıb, dərk eləmək insan ağlının hüdudlarını aşar. Çünki doğrusunu Allah bilir.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler