Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Allah indi xeber tutub, gör men ne vaxtdı küsmüşem? – Mehbes edebiyyatı…

05 Eylül 2016

6:04 pm


05/09/2016 [22:00]: xeber –
Tanınmış şair Saday Şəkərli artıq doqquz aydır ki, dəmir barmaqlıqlar arasındadı. Əvvəl on il, sonra isə həbs cəzası beş ilə endirilən şairin səhətində də problem var. O, hal – hazırda ədliyyə nazirliyinin tibb məntəqəsində müalicə olunur. Biz də Allahdan şairin tezliklə azadlığa çıxmasını arzu edirik. Bu yaxında Saday Şəkərlinin doğum günüdür və o, əlli doqquz yaşını tamamlayacaq. sayt Saday Şəkərlinin həbsxanadan yazdığı şeirlərini təqdim edir.Şairdən inciyir yağış da hərdən,Bulud da doluxub küsüb, danışmır.Yel xəbər gətirir xatirələrdən,Küləklər dövrəmdə əsir, danışmır.Haqdan köz götürüb eşqim məşəli,Didərgin bir ruham dərdli, nəşəli,Qədimlər yağıtək qurur məşhəri,Barmaqlar dillənir, həsir danışmır.Quldurun, qatilin vətəni olmur,Mənbəyi, mənsəbi, vətəri olmur,Haqq olan danışır, xətəri olmur,Cəllad başımızı kəsir, danışmır.And içib, əhdini dananlar hanı,Bir millət eşqinə yananlar hanı,Bu dərdi anlayıb qananlar hanı,Qul enib səcdəyə, əsir danışmır.Nə çıxar nalədən, ahdan, gileydən,Yetməmiş duatək düşürük heydən,Xumardı başların daşı da meydən,Qalanı yer udur, qəsr danışmır…***Sənin küfrün viran qalsın,Mən deyən haqdı, küsmüşəm,İnandığın Quran qalsın,Şahidim sağdı, küsmüşəm.Şikayət ərzim Allaha,İnsan qəbir, ömür kaha,İrana getmirəm daha,Dilim yasaqdı, küsmüşəm.Buz arxalıq, qar əbası,Kafiri dərd qara basır,Uçub eşqim xarabası,Aldanıb baxtım, küsmüşəm.İlan güldən zəhər tutub,Boğuluram, qəhər tutub,Allah indi xəbər tutub,Gör mən nə vaxtdı küsmüşəm?***Asıldım ley kimi qanadlarımdan,Ruh yerə bağlanıb, bədən göydədi,Qurtulub gedirdim qandallarımdan,Qandaldan qurtulub gedən göydədi.Atımı dördnala çapdım, deyəsən,Allahın canına hopdum, deyəsən,Bərəldib gözümü tapdım deyəsən,Mənə qürbət olan vətən, göydədi.Şairin qazancı nazdır, sığaldır,Nə məscid günahkar, nə kilsə laldır,Xəstə bədənimi həkim sağaldır,Canımın dərmanı nədən göydədi?Şərəf-şan nisbəti Allahdan gələr,Həyası, isməti Allahdan gələr,Hər kəsin qisməti Allahdan gələr,Nə ruzi torpaqda, nə dən göydədi.***Şair, gecə gəlir təbin,Yaz, nə qədər istiyirsən,Qaranlıqda işıq saçan,Söz, nə qədər istiyirsən.Göz işlər talan tərəfə,Qul meyli palan tərəfə,Əyilib yalan tərəfə,Düz, nə qədər istiyirsən.Tək mənimlə işi yoxdu,Ruhumun, təftişi yoxdu,Bu yerlərdə kişi yoxdu,Qız, nə qədər istiyirsən.Şortək çürütməyək dərdi,Insan ki, gəldi-gedərdi,Gör namərddə nə qədərdi,Üz, nə qədər istiyirsən.Kitaba salır yazımı,Bu gönüqalın yazımı,Qarala alın yazımı,Poz, nə qədər istiyirsən.Mən yarpaq, ömür barama,Ölmək yaraşır harama,Səp köhnəlmiyən harama,Duz, nə qədər istəyərsən.okKonuşma SonuBir mesaj yaz…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler