Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Alimler yataqxanası” sökülür, sakinler ise narazıdırlar – FOTO

14 Ağustos 2016

1:08 pm


14/08/2016 [17:04]: xeber –
Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb.  Lakin sakinlər bildirirlər ki, söküntü işləri ilə bağlı onlara öncədən heç bir məlumat verilməyib. Binada yaşayanların sözlərinə görə, birdən-birə uçurulmağa başlayan evlərinin söküntüsünü aparan şəxslər, onlara mənzillərini təcili tərk etmələrini söyləyirlər. Söküntü işlərini isə “İnşaat və Konstruksiyalar” şirkəti aparır.Sözügedən binada olub, şikayətçi sakinlərin fikirlərini dinlədik. Sakin Əzizağa Ələkbərov bunları bildirib:“Milli Elmlər Akademiyasının Tarix institutunun aparıcı elmi işçisiyəm. Yeddi cildlik Azərbaycan tarixinin müəlliflərindən biriyəm. 4 aydır ki, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbbərliyi bizim başımıza oyun açır. İlk dəfə aprelin 4-də bu binanı sökmək üçün gecə saat 12-nin yarısında texnika ilə çəpəri uçurub həyətə girdilər. Həmin vaxt binamızın önündə  aprel döyüşlərində şəhid olmuş sakinin yas mərasimi keçirilirdi. Buna belə məhəl qoymadan dedilər ki, binanı sökəcəyik. Sonra o işi icra edən adamlardan iki nəfər traktorçu və ona rəhbərlik edən şəxsi  polisə şikayət etdik, onları 2 günlük həbs etdilər. Sonra söküntünü aparan şirkətin, icra hakimiyyətinin nümayəndələri gəlib üzr istədilər. Onu da qeyd edim ki, bu adamların əllərində də heç bir sənədləri yox idi”. Sakinin sözlərinə görə, onlara yeni binanın  1 il 6 aya  tikilib təhvil verəcəyini söyləyiblər. Elə müqavilədə də bu cür qeyd olunub: “Lakin bu, mümkün deyil. Bizim mənzilin yanında elə həmin şirkətin tikdiyi yarımçıq 16 mərtəbəli bina var. 14 ildir ki, o binanın tikintisi başa çatdırılmır. İndi deyirlər ki, bu bina tikiləndə buradan sizə mənzil verəcəyik. O vaxta qədər də bizə 300 manat pul verirlər ki, gedin kirayə yaşayın. Bu qədər elm adamını atırlar çölə. Bu şərtlə razılaşıb köçənlərin əksəriyyətinin başqa yerdə də evləri var. Hansı ki, onların çoxu onsuz da buradakı evlərini kirayə vermişdilər. İndi də dövlətə kirayə verəcəklər. Yəni onlar üçün fərqi yoxdur. Ancaq yerdə qalanların buradan başqa mənzilləri yoxdur. İllərini ölkəmizə elmin inkişafına sərf etmiş adamların başına bu cür oyun açırlar. Bu bina 1965-ci ildə istifadəyə verilib. 2002-ci ilə qədər akademiyanın balansında olub. 2002-ci ildən sonra isə Bakı Şəhər İcraHakimiyyətinin tabeliyinə verilib və buradakı evlər sahibləri tərəfindən özəlləşdirilib. Yəni burada bütün evlərin hər bir sənədi yerindədir”.Binanın digər sakini Rafiq Hüseynov bildirdi ki, onlara mənzillərindən köçmələri üçün müxtəlif təzyiqlər edirlər:“Hamımız həyəcan içərisindəyik. Tikinti şirkəti tərəfindən tikiləcək binadan bizə neçə kvadratllıq mənzil düşəcəksə, hələ bu barədə heç bir rəsmi sənəd təqdim etməyiblər. Müqavilə veriblər, orada da bununla bağlı heç nə göstərilməyib. Belə bir məlumat yaymışdılar ki, 50 kvadratdan yuxarı veriləcək, ancaq təmirsiz. Bu bizə sərf etmir. Hər bir şəraitimizi qurub, illərdir burada yaşayırıq. Bu ayın 10-dan etibarən qazımızı da kəsiblər. Deyirlər ki, bir neçə gün sonra sizin elektrikiniz də, suyunuz da kəsiləcək. Biz mübarizəmizi davam etdirəcəyik. Hal-hazırda burada 45 ailə yaşayır. Onlara hər gün bu kimi müxtəlif  hədə-qorxu gəlirlər. Həm tikinti şirkəti, həm də icra hakimiyyətinin nümayəndələri tərəfindən. Bizə deyirlər ki, bina qəzalı vəziyyətdədir. Ancaq necə qəzalıdır ki, binanın divarlarında bir dənə də olsun çat yoxdur”.22 ildir “alimlər yataqxanası”nda yaşayan  Nüşabə Quliyeva da qonşuları ilə oxşar fikirləri səsləndirdi:“Mənim qazımı keçən ayın 28-dən kəsiblər. Guya deyirlər  şikayət etmişəm ki, binada qaz sızması  var. Bunu bəhanə edib, hamının qazını kəsdilər. Çıxarırlar çıxarsınlar, ancaq bizə sənədli ev versinlər. Necə ki, hər bir sənədi ola evimizi sökürlər, qarşılığında da sənədli ev versinlər çıxaq. Burada yaşayanların hamısı alimlər, ziyalı adamlardır. Heç birinin də maddi gəliri yüksək deyil. Şəxsən mən 157 manat təqaüdlə dolanıram. İndi də bizim vəziyyətimizi daha da ağırlaşdırırlar. Çox çətin vəziyyətdəyik”.Binada yaşayan birinci qrup əlil İsmayılova Xatirə də bildirdi ki, 14 yaşında oğlu ilə çətin vəziyyətdədirlər:“Dolanışığımız çox pisdir. Bizə ev versinlər bu dəqiqə çıxaq. Ancaq bunu etmirlər. İnanın ki, evdə uşaq acdır. Prezidentdən bu məsələyə diqqət ayırmasını xahiş edirəm”.Sakin Davudova Rəvanə bildirdi ki, bina sakinlərinin əsas tələbləri aşağıdakılardır:“Alim, böyük elmi işçiyəm. Dəfələrlə bununla bağlı prezidentə müraciət yazmışıq, ancaq baxan yoxdur. Dövlətin alimə qayğısı sıfır səviyyəsindədir. Bizə baxan yoxdur. Məsələ belədir ki, bu tikinti şirkətinə biz etibar etmirik. Hətta şirkətin müqavilədə göstərilən yerdə ofisi də yoxdur. Bizə zəmanət vermirlər ki, bu binanı şirkət tikə biləcək yoxsa yox. Heç olmasa bizə həmin bina tikilənə qədər ev verilsin. Şirkət iflas etsə biz nə edəcəyik? Yəni məsələ kirayə haqqı deyil. Müqavilədə binanın sökülməsi  ilə bağlı icra hakimiyyətinin sərəncamı qeyd olunur. Tikilməsi ilə bağlı heç bir sərəncam yoxdur”.Sakinlər bildirdilər ki, onlara veriləcək evin kvadratı da aşağıdır. Onlar bununla da razı olmadıqlarını bildirdilər.Sakinlərin şikayətlərinə rəsmi münasibət almaq üçün Yasamal Rayon İcra Hakimiyyətinin müavini Şahin Məmmədovla əlaqə saxladıq. Ş. Məmmədov bildirdi ki, söküntü aparılan bina qəzalı vəziyyətdədir:“İşlər Nazirlər Kabinetinin  25  fervral 86 saylı qərarı əsasında aparılır. Artıq oradakı sakinlərin 80 faizi köçürülüb. Beş-altı nəfər qalıb ki, onlar da nədənsə narazıdırlar. Həmin sakinlərlə görüş də keçirildi. İzah olundu ki, köçməlidirlər. Həmin sakinlərə kirayə haqqı verilir və yeni tikilən binadan indiki mənzillərinin ərazisindən 20 faiz artıq sahəsi olan ev veriləcək. Sakinlər deyirlərsə ki, yeni mənzilləri kvadratı azdır, bu doğru deyil”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler