Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Alimler üç milyon uşağın ölümünü proqnozlaşdırdılar

03 Kasım 2016

6:08 pm


03/11/2016 [22:05]: xeber –
2017-ci ildə dünyada üç milyon uşaq infeksion xəstəliklərdən öləcək. Bu barədə Gigiyena üzrə Ümumdünya Şurasının (The Global Hygiene Council) hesabatında deyilir.Ekspertlər belə nəticəyə gəliblər ki, hər il bir milyon uşaq pnevmoniyadan, 700 min uşaq isə diareyadan ölür. Qeyd olunur ki, dünyada ailələrin yarısından çoxu gigiyena qaydalarına əməl etmir. Həmin qaydalara əsasən, soyuqdəymə və qrip virusunun yayıldığı mövsümlərdə evləri dezinfeksiya etmək düzgün deyil. Digər tərəfdən fərdi evlərin 31 faiz hallarda bağırsaq infeksiyaların mənbəyi qismində çıxış etdiyi vurğulanır.Mütəxəssislər hesab edir ki, uşaqlar arasında infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəbi gigiyena qaydalarına əməl olunmamasıdır. (APA)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler