Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Alimler ideal evlilik yaşını hesabladı 

22 Eylül 2016

8:16 am


22/09/2016 [12:12]: xeber –
sayt xəbər verir ki, alimlər evlilik üçün ideal yaş həddini müəyyən ediblər.Belə ki, Utah Universitetini sosyoloqu Nick Volfinger apardığı tədqiqata əsasən 28 və 32 yaş arası evlənlərin qarşıdakı illərdə daha az ayrılıq yaşadığını müəyynələşdirib. Bildiyimiz kimi, indiyə qədər sosioloqlar evlənmək üçün daha çox gözləməyin lazım olduğunu bildirirdilər. Və bunu evliliyin daha dayanaqlı olması ilə əlaqələndirirdilər. Sosioloqlar həm də, evlənmək üçün son yaş həddi olmadığını da bildirirdilər.Volfinger 2006 – 2010,  2011 – 2013-cü illər arası ailə artım anketinin (National Survey of Family Growth) məlumatlarını analiz edib. Bu zaman 20 yaşdan 30 yaşa qədər  boşanmaların sayının azaldığını müəyyən edib. 30-40 yaşa arası isə boşanmaların sayı bir də yenidən çoxalıb. 32 yaşdan sonra hər il boşanma ehtimalı 5% daha da çoxalır. Volfinger 20-30 yaş arasında evlənən cütlüklərin evliliklərinin məntiqli olmasının isə bir çox səbəbləri olduğunu bildirib. 30 yaşından sonra evlənələr isə daha çox cinsi təlabatlarını ödəmək üçünmü, yoxsa gerçəkdən ailə qurmaq məqsədilə evləndiklərini tam ayırd edə bilmirlər. 30 yaşından sonra evlənələr üçün həm də vərdişlərini, həyat tərzlərini, dünyaya baxışlarını, hədəflərini dəyişmək çox çətin olur. Hansısa çətinliklə, ailə qayğıları ilə qarşılaşanda köhnə dostlarına, yoldaşlarına üz tuturlar və bu da ailədə soyuqluq yaradır. Volfinger bildirib ki, 30 yaşdan sonra evlənənlər evlilikdəki vəzifələrini icra etməyə meyilli olmurlar. Meyilli olanlarda isə bu hər dəfə uğurlu alınmır.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler