Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Alim ve tedqiqatçıların vikipediyaya celb olunması mümkün olacaqmı?

01 Ağustos 2016

7:52 am


01/08/2016 [11:50]: xeber –
Azərbaycan vikipediyası zaman keçdikcə inkişaf edir. Bu inkişafı tədricən məqalələrin sayının və keyfiyyətinin artmasında, redaktə edənlərin sayının günü – gündən çoxalmasından görmək olar. Fikrimcə, Azərbaycanda vikipediyaya lazım olan, dərin biliyə malik çoxlu insanlar var. Sadəcə onları layihəyə cəlb etmək lazımdır. Bunu sayt-a açıqlamasında vikipediya üzrə ekspert İlkin Həmidov bildirib: “Ümumiyyətlə, hazırda dünyanın ən çox istifadə olunan 5 saytından biri olan vikipediya cəmiyyətimiz üçün çox vacib məsələlərdən biridir. İnformasiya müharibəsinin üstünlük təşkil etdiyi zamanda, dəqiq, qərəzsiz, ensiklopedik məlumatların vikipediyaya yerləşdirilməsi, Azərbaycan dilində geniş və keyfiyyətli məqalələrin yaradılması vikipediyamızı beynəlxalq səviyyədə inkişaf etdirir. Məncə, vikipediyada məqalələrin sayını, onların dərinlik səviyyəsini artırmaq üçün layihəyə daha çox gəncləri, xüsusilə tələbələri cəlb etmək lazımdır. Tələbələrlə yanaşı bu isə ölkəmizin qabaqcıl ziyalılarını, elm adamlarını, alimlərini, professorlarını, vikipediya ilə yaxından tanış etmək lazımdır ki, onlar da öz növbəsində vikipediya naminə töhfələrini versinlər. Bununla da, məqalələrin keyfiyyəti, etibarlılığı yüksək səviyyədə olacaq. Onu da qeyd etmək istərdim ki, Azərbaycanda vikipediya üzrə mütəxəssislər heç də az deyil. Hazırda 13 idarəçimiz var. Biz əgər vikipediyamızın inkişafdan danışırıqsa bunun üçün ilk öncə vikipediya fəlsəfəsini tam dərk etməliyik. İnkişaf üçün isə sadəcə təşkilatlanıb çalışmaq, vikipediya qanunlarına ciddi riayət etmək lazımdır.” Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler