Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ali mekteblere qebul planı leğv edilir – Nazir

15 Eylül 2016

7:40 am


15/09/2016 [11:36]: xeber –
Ötən il də nəzərə alınmaqla təhsil sahəsində baş verənlər keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Maksimalist olduğumuzdan hər zaman nəticələrin daha da yüksək olmasını istəyirik. Biz ölkə rəhbərliyinin təhsilin bütün sahələrinin inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün gücümüzü səfərbər etmişik. sayt xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində deyib. Nazirin sözlərinə görə, buraxılış imtahanlarının nəticələrindəki irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verib. “Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda – 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,9%, 2014-ci ildəki göstəricidən isə 9,2% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib. Bunu riyazi formullar da təsdiq edir. Eyni zamanda, tələbə qəbulu imtahanlarında iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlib. Digər bir məsələ isə keçid balıdır. Bu, ali təhsilə çıxış ilə bağlı olan bir məsələdir. Dünyada bununla bağlı iki təcrübə var. İlk nümunə keyfiyyətlə bağlıdır – ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması. Belə praktika dünyada mövcuddur. Bu gün Azərbaycan da bu modeldən istifadə edir. Hətta beynəlxalq səviyyəli test imtahanlarının nəticələri eyni ölkədə universitetlərin reytinq əmsalına görə dəyişir. Universitetlərə qəbulda keyfiyyətlə bağlı qoyulan bal məhdudiyyəti həm də əmək bazarının tələbidir. Biz həm də son iki ildə ali təhsil müəssisələrinə bir sıra prioritet ixtisaslar üzrə minimal keçid ballarını artırmışıq. Yəni, burada qarşıya qoyulan məqsəd odur ki, ali təhsil müəssisələri öz potensialını və profilini nəzərə almaqla ixtisasları, onların sayını və sifarişlərini müəyyənləşdirməlidirlər. İkinci yanaşma – hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Burada önə çəkilən amil təhsilin əlçatanlığıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir. O şərtlə ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Ali təhsilin əlçatanlığı “bilik iqtisadiyyatı” və ya “post sənaye” dövrü üçün uğurlu bir model kimi dəyərləndirilir. Bu, ölkədə insan kapitalının keyfiyyətinə müsbət təsir edir, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır”. Nazir onun da qeyd edib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur: “Bu isə universitetlərdən daxili qiymətləndirməyə və yekun imtahana olan yanaşmaya yeni baxış tələb edir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler