Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Alem qarışıb, kimin eşşek olduğu, kimin ise eşşek yerine qoyulduğu bilinmir…”

30 Haziran 2016

7:44 pm


30/06/2016 [23:42]: xeber –
Heç görmüsünüz ki, əsəbiləşəndə biri o birinə “At oğlu at!” desin? Hamı “Eşşək oğlu eşşək!” deyir. Hətta bəzi kişilərin evə yorğun gəlib arvadına “Ay eşşək qızı, bir stəkan çay gətir!” dediyini də eşitmişəm. Bunu qoyaq bir kənara, bu, mentalitet məsələsidir. O ki, qaldı eşşəyə, bu cəfakeş heyvanın həyatımızda həmişə özünəməxsus yeri olub. Bizim nəsil nümayəndələrinin yadına gələr, sovet dövründə elə bir kəndli yox idi ki, həyətində beş – altı eşşək olmasın. Doğrudur, eşşəyin at, inək, qoyun qədər hörməti yox idi, ətini yemirdilər, südünü sağmırdılar, yununu qırxmırdılar. Amma hara gəldi göndərirdilər, dəyirmana, meşəyə, qonşu kəndə…Üzüyola heyvan idi, başını aşağı salıb qanqalını yeyir, işini görürdü, ara – bir də kənd cavanlarının işinə yarayırdı…Eşşək həm də nəqliyyat vasitəsi idi, papaqlı, çuxalı, çarıqlı kişi özü eşşəyə minər, əli zənbilli, dalı şələli arvadı da onun arxasınca addımlayardı. Arvadın eşşəyə minməsi, nə üçünsə, ayıb sayılırdı. Axundlar, mollalar çullu eşşək minərdilər, qalanları çulsuz. Məhəmmədhəsən əminin, Molla Nəsrəddinin eşşəkləri məşhur idi, onlar haqqında rəvayətlər danışırdılar. Yadınızdadır da, qonşu gəlib Molladan xahiş edir ki, eşşəyini ver, dəyirmanda bir çuval unum var, onu gətirim, qaytararam. Molla vermək istəmir, deyir, vallah eşşək o biri qonşu ilə bazara gedib. Birdən eşşək anqırır, qonşu deyir ki, yekə kişisən, niyə mənə utanmaz – utanmaz yalan danışırsan? Molla deyir ki, utanmaz özünsən, mən boyda kişiyə inanmırsan, tövlədəki eşşəyə inanırsan……Ötən əsrin altımışıncı illərində eşşəklərin sayı o qədər çoxaldı ki, onların xasiyyəti adamlara, adamların xasiyyəti də eşşəklərə keçməyə başladı. Bu, əlbəttə, kommunist ideologiyasına zidd idi. Sovet hökuməti bəzi adamların eşşək kimi anqırmasına göz yuma bilməzdi. Nikita Xruşşov eşşək saxladıqlarına görə kəndlilərə vergi tətbiq etdi. “Eşşəyə naloq gəlib” ifadəsi də o vaxtlar yarandı. Kim idi eşşəyə görə vergi ödəyən? Hamı eşşəyini açıb buraxdı, hər kənddə sahibsiz eşşək sürüsü yarandı……O vaxtdan illər keçib, eşşəklərə münasibət də dəyişib. Elə eşşək var ki, yumşaq kresloda əyləşib başqa eşşəklərə “Ə, nə eşşək kimi qulaqlarını şəkləmisən?” deyir. Başqa bir eşşək “İşdə dönüş yaradılmasında anqırmağın faydası” mövzusunda dissertasiya yazıb. Alimlər bunu Azərbaycan elminə böyük töhfə kimi qiymətləndiriblər. İndi bu dissertasiyanın müəllifinə sadəcə “Eşşək” yox, “Böyük eşşək” deyirlər. Aləm qarışıb, kimin eşşək olduğu, kimin isə eşşək yerinə qoyulduğu bilinmir…Məzahir Süleymanzadə




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler