Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Alanyada Azerbaycan küçesi ve Qarabağ parkı teklifi müsbet qarşılandı

07 Ekim 2016

2:16 pm


07/10/2016 [18:15]: xeber –
Xəbər verdiyimiz kimi, Alanya Beynəlxalq Caz festivalı çərçivəsində “Azərbaycan günü” layihəsi həyata keçirilməsi qardaş ölkədə böyük marağa səbəb olub. Festivalın yekun gecəsinin tamaşaçılarına Azərbaycan haqqında film nümayiş etdirilib. Görüş iştirakçıları qarşısında çıxış edən mİllət vəkilləri Nizami Cəfərov,Qənirə Paşayeva, Musa Qasımlı Azərbaycanın müstəqillik illərində qazandığı uğurlar barədə məlumat verib. Ertəsi gün nümayəndə heyətinin üzvləri Alaaddin Keykubat  Universitetdə Hemdullah Emin Paşa Universi¬tetində,  Qəzetəçilər Cəmiyyətində işgüzar görüşlər keçiriblər. A.Keykubat Universitetinin rektoru prof. Əhməd Pinarbaşı ilə söhbət əsnasında tələbə mübadiləsi, ustad dərslərinin keçirilçəsi ilə bağlı  təkliflər müzakirə edilib. Qarşılıqlı olaraq yay məktəblərinin təşkili barədə  fikirlər səsləndi. Alanya HEP Universiteti rekrotu prof. Erol Sayın rəhbərlik etdiyi təhsil ocağında azərbaycanlı müəllimlərin də çalışdığını razılıqla diqqətə çatdırdı və Azərbaycanın ali məktəbləri ilə əməkdşlığa hazır olduğunu bildirdi.   Alanya Qəzetəçilər Cəmiyyətinin başqanı Mehmet Əli Dim Azərbaycan millət vəkilləri ilə görüşə yerli kütləvi informasiya vasitələrinin nümayəndələrini də dəvət etmişdi. Millət vəkilləri jurnalistləri maraq-landıran suallara ətraflı cavab verdilər. Təklif olundu ki, araşdırma jurnaistikası sahəsində birgə layihələr həyata keçirilsin. Xüsusən gənc nəslin intellektual və  hərtərəfli inkişahını təmin etmək üçün yaxın keçmişimizlə balğı hadisələri dəqiq, qərəzsiz əks etdirən materialların mətbuatda işıqlandırılması aktual vəzifələrdən biridir. Millət vəkilləri Alanya kaymakamı Dr.Hasan Tanrıseveni və Alanya Bələdiyyə başkanı Adəm Murat Yüceili də ziyarət etdilər. Səmimi və dostluq şəraitində keçən hər iki görüşdə qarşılıqlı əlaqələrin daha da  möhkəmlənməsi,  mədəni-kütləvi tədbirlərin miqyasının genişləndirilməsi, ixtisaslaşmış turist  səfərlərinin təşkili barədə maraqlı təkliflər səsləndi. Millət vəkili Qənirə Paşayeva gələcəkdə Alanya küçələrindən birinə Azərbaycan adının və yeni salınacaq parklardan birinə Qarabağ  adının verilməsi barədə də düşünməyi təklif etdi. Alanya rəhbərliyini Aəzrbaycan şəhərlərinin biri ilə qardaşlıq əlaqəsi qurmaq təklifinə  də Azərbaycan millət vəkilləri müstəb yanaşdılar və bu tezliklə bu müraciəti lazımı əlaqədar təşkilatların diqqətinə çatdıracalarını söylədilər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler