Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aktyorun fiziki durumu yerindedirse, o, mütleq teatrda qalmalıdır”

28 Ekim 2016

9:52 am


28/10/2016 [13:51]: xeber –
“Ümumiyyətlə, ölkəmizdə yaşlı aktyorlara qarşı münasibət yaxşı deyil yetmiş yaşlı aktyorları səhnədən uzaqlaşdırmaq heç bir məntiqə sığmır! Üç il bundan qabaq mənə yaş həddi ilə əlaqədar teatrdan çıxmağı müdiriyyət təklif etmişdi. Lakin mən ərizə yazmaqdan imtina etməyimə baxmayaraq məni teatrın ştatından çıxardılar”. Bunu sayt saytına açıqlamasında Xalq artisti, aktyor Məzahir Süleymanov bir neçə gün bundan əvvəl həmkarı Xalq artisti Fuad Poladovun könüllü şəkildə teatrdan getməsinə münasibət bildirərkən deyib. Qeyd edək ki, çağdaş Azərbaycan incəsənətinin ən sayılıb-seçilən simalarından olan Fuad Poladov gənc həmkarlarından birinin teatrdan qovulmasına etiraz əlaməti olaraq, istefa ərizəsi yazmadan çalışdığı Akademik Milli Dram teatrından uzaqlaşıb. Məzahir Süleymanov həmkarının bu hərəkətini teatrımız üçün itki adlandırıb:Bu hadisəyə münasibətim çox pisdir. Əgər aktyorun fiziki durumu yerindədirsə, onun işləməyi teatrımızın inkişafina ancaq xeyir verə bilər və gələcək aktyor nəslinin yetişməsində, püxtələşməsində ancaq müsbət rol oynaya bilər”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler