Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Aksiyaya toplaşanların bir qismi nurçu, bir qismi iranlı, bir qismi vehabi idi”

17 Eylül 2016

3:04 pm


17/09/2016 [19:00]: xeber –
Məlum olduğu kimi, bu gün
Milli Şuranın növbəti aksiyası keçirilib. Maraqlıdır, YAP Milli Şuranın bu
aksiyasını necə dəyərləndirir?

Məsələ ilə bağlı sayt-a
açıqlama verən millət vəkili Siyavuş Novruzov bu aksiyaya xalqın heç bir dəstək
vermədiyini vurğuladı:

“Xalq bu aksiyaya əsla
dəstək vermədi. Xalq aksiyaya qatılmamaqla müxalifətə öz etirazını bildirdi.
İlahi-pərvərdigar da qeyri-möminlərin mömin pərdəsi altında mitinq keçirməklə
bağlı atdığı addımları qəbul etmədi. Yaranmış şərait bunu söyləməyə əsas verir.

Toplaşanların bir qismi də,
dini ekstremizmlə məşğul olanların yaxınları idi. Onların xalq adından danışmaq
haqqı və cəsarətləri yoxdur, ola da bilməz. Onlar xalqı təmsil etmirlər. Onlar
ayrı-ayrı qrupları, kəşfiyyat orqanlarını, qızışdırıcı dini təriqətləri təmsil
edirlər. Əli Kərimli isə Şeyx Nəsrullah obrazına girmişdi.

Toplaşanların bir hissəsi
nurçu, bir hissəsi iranlı, bir hissəsi isə vəhabi idi. Bunların hamısı onların
geyimində əks olunmuşdur. Toplaşan adamlar müxtəlif dairələrdən alınan pullar
hesabına ora yığışan adamlar idi və qısa zamanda dağılışıb getdilər”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler