Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akif Çovdarovun qohumu jurnalisti hebsle tehdid etdi – OLAY

23 Ağustos 2016

9:20 pm


24/08/2016 [01:19]: xeber –
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov aclığa başlaması barədə vəkili Sadiq Rəsulov mətbuata məlumat vermişdi. Vəkil bildirmişdi ki, Çovdarov artıq 1 həftəyə yaxındır ki, aclıq aksiyasına davam edir. Qeyd olunan informasiyanı jurnalist Xəyəl Əzizov öz şəxsi facebook profilində paylaşdıqdan sonra Emin Əliyev adlı facebook istifadəçisi  jurnalistə hədə – qorxu gələrək Akif Çovdarovun və ətrafının yaxın zamanlarda azadlığa çıxacağını, onun barəsində mütəmadi yazan jurnalistlərdən çoxunun isə həbs olunacağını yazıb. Jurnalist bu barədə sayt – ı məlumatlandırıb və özünü Akif Çovdarovun qohumu kimi təqdim edən həmin şəxslə yazışmalarını da kopyalayıb sayta göndərib. Həmin yazışmalarda təhqiramiz ifadələr olduğundan burada yerləşdirməyi artıq hesab edirik. Amma hüquq-mühafizə orqanları maraqlansa onlara təqdim edə bilərik. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler