Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akif Çovdarovun mehkemesine jurnalistlerin buraxılmaması mentiqlidirmi?

20 Eylül 2016

8:36 am


20/09/2016 [12:34]: xeber –
Bu gün Milli
Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik
Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin
sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin
1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmə
prosesi keçirilib. Sabunçu Rayon Məhkəməsinin binasında keçirilən hazırlıq
iclasına media təmsilçiləri buraxılmayıb, habelə bunun səbəbi ilə bağlı
jurnalistlərə heç bir açıqlama verilməyib.

Maraqlıdır,
bu cür böyük ictimai maraq kəsb edən məhkəmə prosesinə jurnalistlərin
buraxılmaması nə dərəcədə doğru və məntiqli bir qərardır?

sayt-a
açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev
məsələnin qanuni tərəfinin daha mühüm əhəmiyyət daşıdığını bidlirdi:

“Əgər
biz məsələyə qanuni aspektdən yanaşırıqsa, deməliyəm ki, əgər məhkəmə qapalı
elan olunursa, bunun üçün kifayət qədər əsas varsa, onun ictimai çəkisi böyük
olsa da jurnalistlər ora buraxılmır. Bu, bir sıra hallarla bağlıdır. Bura dövlət
maraqları və s. daxildir. Lakin konkret bu məsələdə həmin o əsaslar mənə bəli
omadığı üçün, mən A.Çovdarovun məhkəmə prosesinə jurnalistlərin
buraxılmamasının nə dərəcədə qanuni və düzgün olub-olmadığını dəqiq deyə bilmərəm”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler