Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akif Çovdarovun fırıldaqçı “qurbanları”

22 Eylül 2016

8:28 am


22/09/2016 [12:27]: xeber –
Sabiq MTN generalı Akif Çovdarovla bağlı sayt-a özəl mənbədən
ilginc informasiya daxil olub. Məlumata görə, A.Çovdarovun 33 milyonluq əmlakına
həbs qoyulması ilə bağlı verilən rəsmi məlumat bir çox fürsətcili hərəkətə gətirib.
Belə ki, A.Çovdarovla yaxından-uzaqdan heç vaxt təmasda olmayan bəzi
fırıldaqçılar bu açıqlamadan sonra özlərini A.Çovdarovun qurbanları kimi təqdim
etməyə başlayıb. Özlərini yalandan qurban kimi göstərməyə çalışan bu insanların
məqsədi rəsmi şəkildə zərərçəkən kimi tanınmaq və nəhayətdə üzərinə həbs
qoyulan 33 milyon manatdan zərərçəkən kimi kompensasiya alamqdadır. Lakin mənbə
hesab edir ki, bütün ciddi-cəhdlərə baxmayaraq dırnaqarası zərərçəkənlərin bu
istəyi çətin ki, baş tutsun. Çünki A.Çovdarovla bağlı əlaqədar qurumlara ünvanlanan
şikayətlər olduqca ciddi və ətraflı şəkildə araşdırılır ki, bu araşdırmanın
sonunda yalançı qurbanların özlərinin 
ifşa edilməsi ehtimalı daha böyükdür.

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler