Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Akif Çovdarovun eli havada qaldı – Qanqsterin 20 dollarına sahib çıxan olmadı…

12 Eylül 2016

6:52 pm


12/09/2016 [22:48]: xeber –
Ləğv edilən MTN-nin sabiq generalı Akif Çovdarovla bağlı sayt-a maraqlı informasiya daxil olub. Bilgili qaynaqdan daxil olan məlumata görə, Eldar Mahmudovun “sağ əli” kimi tanınan A.Çovdarov həbs edilərək 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilən zaman keçmiş həmkarları – Penitensiar Xidmətin əməkdaşları ilə özünəməxsus şəkildə “zarafatlaşıb”. Belə ki, təcridxanaya daxil olan zaman üzərində cəmi 20 dollar pul olan MTN generalı pulu çıxararaq Penitensiar Xidmətin yaxınlıqdakı əməkdaşına uzadıb və gülərək “alın xərcləyin, görəcəyiniz elə bu olacaq” deyib. Mənbənin sözlərinə görə, A.Çovdarov bununla keçmiş həmkarlarına vaxtiylə ədliyyə sistemində çalışdığını və üstündə pul olan dustaqlarla necə rəftar edildiyindən xəbərdar olduğunu xatırlatmağa çalışıb. Bilgili qaynağın sözlərinə görə, bir müddət əli havada qalan A.Çovdarov kimsənin pula sahib çıxmadığını görüb yenidən pulu cibinə qoyub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler