Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Akif Çovdarov-Tağı Əhmedov meselesinde cavabsız qalan xeyli suallar var”

13 Eylül 2016

8:32 pm


14/09/2016 [00:29]: xeber –
Sabiq MTN generalı Akif Çovdarovla bağlı ən maraqlı məqamlardan biri onun “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovdan 3 milyon manat məbləğində pul almasıdır. Hansı ki, bu iddia T.Əhmədovun özü tərəfindən də təkzib edilmir, əksinə təsdiqlənir. Məlum məsələ ilə bağlı sayt – a açıqlama verən tanınmış hüquqşünas Əyyub Kərimov məsələ ilə bağlı olduqca maraqlı bir məqama diqqət çəkib. T.Əhmədovun A.Çovdarova pul verməsi tarixi ilə birincinin işdən azad olunma vaxtına diqqət çəkən Ə.Kərimov olduqca maraqlı sualların meydana çıxdığını deyir:“Mətbuatın yazdığına görə, T.Əhmədov A.Çovdarova 3 milyon manat pulu 2014-cü ilin aprel ayında verib. Lakin diqqət yetirsək görərik ki, T.Əhmədov 2014-cü ilin fevralında “Bakı Metropoliteni”nin rəhbəri vəzifəsindən azad edilib. Belə çıxır ki, o, pulu A.Çovdarova vəzifədən çıxandan sonra verib. O zaman sual yaranır. T.Əhmədov onsuz da vəzifədən çıxdığı halda A.Çovdarova niyə pul verib? Çünki onsuz da vəzifəsini itirmişdi. Əgər A.Çovdarovun əlində onunla bağlı hansısa materiallar var idisə belə, artıq T.Əhmədov vəzifədən çxıdığı üçün elə bir əhəmiyyət kəsb etmirdi. Hesab edirəm ki, bu məhkəmə prosesi qapalı keçirilsə, o zaman müxtəlif şaiyələr, müxtəlif informasiyalar meydana çıxacaq.  Buna yol verməmək üçün prosesin ictimaiyyətə açıq keçirilməsinə, məsələ ilə bağlı rəsmi qurumların ictimaiyyəti mütəmadi surətdə məlumatlandırmasına ehtiyac var”.Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler