Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Akif Çovdarov sabiq MTN generallarının eleyhine ifade vermeyecek”

29 Eylül 2016

2:44 pm


29/09/2016 [18:40]: xeber –
Yaxın günlərdə məhkəməsi başlayacaq sabiq MTN generalı Akif
Çovdarovun istintaq zamanı verdiyi ifadə, məhkəmə zamanı səsləndirəcəyi fikirlər
ictimaiyyət tərəfindən maraqla gözlənilməkdədir. Maraqlıdır, A.Çovdarovun məhkəmə
zamanı Eldar Mahmudov və azadlıqdakı digər generalların əleyhinə ifadə verməsi
mümkündürmü? Bu ifadələr həmin şəxslərin də məsuliyyətə cəlb edilməsinə səbəb
ola bilərmi?

sayt-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas
Mahmud Hacıyev bu ehtimalı inandırıcı hesab etmədiyini vurğuladı:

“A.Çovdarov yaxşı bilir ki, o, kənarda qalan generalların əleyhinə
ifadə versə, bu, onun üçün yaxşı olmaz.  O,
bunu çox yaxşı bilir. Istintaqın gedişində çox güman ki, xala xətrin qalmasın
deyə istintaqçılar da ona bu sualları veriblər. A.Çovdarov isə bu suallardan ya
yayınıb, ya da istintaqı qane edən cavablar verməyib. Proseslərdən kənarda qalan,
haqqında hər hansı maddə ilə ittiham elan edilməyən generalların əleyhinə ifadə
verməyib. Məhkəmə istintaqı zamanı isə bu kimi sualalr həm hakim, həm də zərərçəkən
şəxslərin vəkillər tərəfindən verilə bilər. Çox güman ki, A.Çovdarov məhkəmə
zamanı da bu suallardan yayınacaq və onların əleyhinə ifadə verməyəcək”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler